top
15 yaşlı Xaqan Əhməd dünya şahmat çempionatında mövqeyini möhkəmləndirdi Idman.biz
Bu gün, 10:14
- ↺ +

15 yaşlı Xaqan Əhməd dünya şahmat çempionatında mövqeyini möhkəmləndirdi

Azərbaycan şahmatçısı Xaqan Əhməd (2536) Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatında məğlubiyyətsiz seriyasını davam etdirib.

İdman.Biz xəbər verir ki, 9-cu turda 15 yaşlı beynəlxalq usta qara fiqurlarla Rusiya qrossmeysteri, hazırda FIDE bayrağı altında çıxış edən Erdəm Xubukşanovla (2513) heç-heçə edib.

Əhməd doqquz mümkün xaldan yeddisini toplayaraq turnir cədvəlində vahid ikinci yeri qoruyub. O, ən yaxın dörd izləyicisini yarım xal qabaqlayır. Azərbaycan şahmatçısının aktivində beş qələbə və dörd heç-heçə var.

Lider Hindistan təmsilçisi Etan Vaz (2511) isə kubalı Daniel İdalqo Diasla (2367) heç-heçə edərək Əhmədlə arasındakı bir xallıq fərqi qoruyub.

Azərbaycan şahmatçısı 10-cu, sonuncudan əvvəlki turda ağ fiqurlarla turnir cədvəlinin altıncı pilləsində qərarlaşan İdalqo Diasla qarşılaşacaq.

Qızların yarışında Azərbaycan şahmatçısı Lalə Hüseynova (2178) qara fiqurlarla Rusiya qrossmeysteri, FİDE bayrağı altında çıxış edən Yana Japovaya (2278) məğlub olub. 5,5 xal toplayan Hüseynova turnir cədvəlində 13-cü yerdədir. Onun növbəti rəqibi perulu Fiorella Kontreras Uaman (2203) olacaq.

10-cu turun oyunları bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən dünya çempionatı noyabrın 27-də başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Bayern yeni hücumçu transferini hazırda düşünmür

Futbol
Bu gün, 10:20

Manuel Noyerin yeni sevgilisi məlum oldu

Futbol
Bu gün, 10:16

CL‑də son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” cədvəldəki yerləri

Futbol
Bu gün, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Futbol
Bu gün, 10:11

Mikels: İkinci qol üçün də şansım var idi

Futbol
Bu gün, 10:09

PSJ Çempionlar Liqasında Fransa rekordunu yenilədi

Futbol
Bu gün, 10:07

Kimmix, Musiala haqqında Bavariya klubunun açıqlamalarını sərt tənqid etdi

Minifutbol
Bu gün, 10:00

Chelsea Aleks Skottun transferi üçün yüksək təklif hazırlayır

Futbol
Bu gün, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var;

Futbol
Bu gün, 10:00

“Sabah”ın prezidenti Barselona qarşısında motivasiyanı ifadə etdi

Minifutbol
Bu gün, 09:54

Umarali Rahmonaliyev Qazaxıstanda oynamamağa qərar verdi

Futbol
Bu gün, 09:49

"Trabzonspor" UEFA Konfrans Liqasında Bolqarıstanın ÇSKA Sofiya komandası ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:45

Məşhur karikaturaçı Həmid Səhəri "Sabah" - "Barselona" oyununa Azərbaycan memi ilə animasiya həsr edib

Voleybol
Bu gün, 09:43

DH Volley

Futbol
Bu gün, 09:42

Beşiktaş

Futbol
Bu gün, 09:42

UEFA Avropa Liqası, Konfrans Liqası və basketbol qarşılaşmaları bu kanallarda – TV AFİŞA

Futbol
Bu gün, 09:40

UEFA Konfrans Liqasının 4-cü turu başlayır: "Trabzonspor", "Brayton" və "Tvente" meydanaya çıxır

Futbol
Bu gün, 09:40

20 yaşlı Eydon Heyven yanvarda "Mançester Yunayted"dən ayrılmağa hazırdır

Futbol
Bu gün, 09:39

İsayev: 'Barselona'ya qarşı oynamaq bizim üçün misilsiz təcrübə oldu

Cüdo
Bu gün, 09:37

Skaloni dünya velosiped çempionatına gedir, futbol deyil

Futbol
Bu gün, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 09:30

Avropa Liqası: Liqa mərhələsinin 5-ci turu - 18 qarşılaşma oynanılacaq

Qarabağ FK
Bu gün, 09:22

Qordonun dubalı qələbəsi və Bakuya qayıtmaq arzusu: “Het-trik etməli idim”

Oxşar xəbərlər