top
Kəpəz futbolçularının mükafatlarını ödəmək üçün bankdan kredit götürməli olub Sport24.az
Bu gün, 10:00
- ↺ +

"Kəpəz" futbolçularının mükafatlarını ödəmək üçün bankdan kredit götürməli olub

"Kəpəz"də maliyyə vəziyyəti heç də ürəkaçan deyil. Gəncə təmsilçisinin büdcəsində yaranan problemlər artıq klubun fəaliyyətinə də təsir göstərməyə başlayıb.

Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, klub rəhbərliyi futbolçuların qazandıqları mükafatları ödəyə bilmək üçün bankdan kredit götürmək məcburiyyətində qalıb.

Bəli, səhv oxumadınız! Komanda uğurlu çıxış edir, futbolçular yaxşı nəticələr qazanır, mükafatlar qazanır, klub isə həmin "premiyaları" ödəmək üçün borca girir.

Anar Abdullayevin İdarə Heyətinin sədri olduğu Gəncə klubunda vəziyyət bu həddə çatıb. Məlumata görə, rəhbərlik futbolçuların motivasiyasını qorumaq, mükafatları kəsməmək və komandanın uğurlu seriyasına xələl gətirməmək üçün kredit götürülməsinə qərar verib.

Əslində, rəhbərliyin futbolçuları mükafatsız qoymaq istəməməsi başadüşüləndir. Komanda əziyyət çəkir, nəticə qazanır və haqq etdiyi mükafatı gözləyir. Ancaq burada daha ciddi sual ortaya çıxır: Bir klubun futbolçularına mükafat ödəmək üçün bankdan kredit götürməsi nə dərəcədə normaldır?

Görəsən, "Kəpəz"in maliyyə planlaması necə aparılır? Mövsümün əvvəlində büdcə hesablanarkən mümkün uğurlu nəticələr, mükafatlar və digər xərclər nəzərə alınmayıbmı? Yoxsa Gəncə təmsilçisinin rəhbərliyi komandanın uğur qazanacağına o qədər də inanmırmış?

İşin bu tərəfinə baxın: futbolçular meydanda qələbə qazandıqca klubun borcu artır. Adətən uğur kluba əlavə gəlir, nüfuz və perspektiv qazandırmalıdır. "Kəpəz"də isə uğurlu seriyanın arxasında bank krediti dayanır.

Halbuki söhbət sıradan bir komandadan getmir. Gəncə Azərbaycanın futbol ənənələri olan şəhərlərindən biridir. Belə bir klubun maliyyə məsələlərini bu vəziyyətə gətirmək ciddi suallar doğurur.

"Kəpəz" Misli Premyer Liqasının 12 turundan sonra 11 oyunda topladığı 18 xalla 6-cı pillədə qərarlaşıb. Gəncə təmsilçisinin ehtiyatda bir oyunu da var. Yəni meydanda hər şey pis deyil. Bəs meydandan kənarda? Ən acınacaqlısı da budur: "Kəpəz" futbolçularının qələbələrinə görə mükafat ödəyir, amma görünür, bu mükafatların maliyyə təminatını əvvəlcədən qura bilmir.

Bu gün premiyalar üçün kredit götürülür. Bəs sabah digər xərclər necə qarşılanacaq? Futbolçuların maaşları, klubun gündəlik fəaliyyəti, səfər və təşkilati xərclər hansı vəsait hesabına ödəniləcək?

Anar Abdullayev və klub rəhbərliyi bu suallara cavab verməlidir. Çünki Gəncə futbolu kredit hesabına yaşamalı deyil. "Kəpəz"in uğuru bank borcu ilə ölçülməməlidir.

Meydanda qələbələrin sayı çoxaldıqca, bankda kredit artır… Gəncə futbolunun yeni reallığı budurmu?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:05

Bavariya

Futbol
Bu gün, 10:01

Səudiyyə Ərəbistanının qadınlar millisinin Azərbaycanla yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib

Futbol
Bu gün, 09:55

Brüno Jenezo Avropa kuboklarında Fransız məşqçilər arasında qələbə rekordunu yeniləyib

Futbol
Bu gün, 09:54

27 noyabr: Dünya liqalarının qarşılaşmaları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 09:52

"Bornmut" Avropa Liqasında ilk 5 matçını qazanaraq yeni klub rekordu qırıb

Futbol
Bu gün, 09:51

Keçmiş model, aktyor və qadın futbolçu Nevide Çiçek məşqçiliyə başladı

Futbol
Bu gün, 09:51

Qvardiola: “Gələcək 15‑20 ildə Messi kimi davamlı səviyyədə oynayan oyunçu görmürəm”

Futbol
Bu gün, 09:48

Hacıosmanoğlu: İsrail komandalarını Türkiyədə istəmirik, bu torpaqlarda oynaya bilməz

Futbol
Bu gün, 09:44

Premyer Liqanın 13-cü turu: Komandalar arası qarşılaşma statistikaları

Futbol
Bu gün, 09:40

Barselona futbolçusu Runi Bardqji ‘Counter‑Strike 2’ oynayaraq matçı zamanı diqqətsizlik göstərdi

Futbol
Bu gün, 09:27

“Sabah” futbolçusu Du Keyroş çempionlar liqası təcrübəsini və Braziliya millisində oynamaq arzusunu danışır

Futbol
Bu gün, 09:20

ABŞ Konqresi FİFA prezidentini və Arsene Vengeri Trampla əlaqələri ətrafında araşdırmaq üçün çağırış vərəqəsi göndərməyə hazırlaşır

Futbol
Bu gün, 09:19

UEFA reytinqi: Azərbaycan 24‑cü pillədə qoruyub, İsrail keçə bilmədi

Futbol
Bu gün, 09:10

Neftçi

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Oxşar xəbərlər