top
Eltac Səfərli: Avropa çempionatındakı medal Olimpiadada inamımızı artıracaq Idman.biz
16 oktyabr 2025, 14:57
- ↺ +

Eltac Səfərli: Avropa çempionatındakı medal Olimpiadada inamımızı artıracaq

Azərbaycanlı qrossmeyster Eltac Səfərli ümid edir ki, Batumidə keçirilən milli komandaların Avropa çempionatındakı uğuru onların komandasına Ümumdünya Şahmat Olimpiadasında medal uğrunda mübarizə aparmağa imkan yaradacaq.

Bu fikirləri Azərbaycan millisinin heyətində fərdi qızıl medal qazanan Eltac Səfərli İdman.Bizə müsahibəsində səsləndirib.

Xatırladaq ki, Azərbaycanın kişi şahmat millisi Batumidə keçirilən qitə birinciliyində gümüş medal qazanıb. Sonuncudan əvvəlki turda azərbaycanlı şahmatçılar Ukrayna üzərində 2,5:1,5 hesablı qələbə qazanaraq qızıl medallar üçün şanslarını saxlasalar da, yekun turda Serbiyaya 1:3 hesabı ilə məğlub olaraq Avropa ikincisi olublar.

"Medal qazanmaq həmişə xoşdur. Yanılmıramsa, bu, artıq millimizin altıncı medalıdır. Ümumilikdə komandanın çıxışını ən azı yaxşı adlandırmaq olar", – deyə Səfərli bildirib.

Son turda serblərlə oyundakı məğlubiyyətə toxunan şahmatçı deyib:

"Son turda biz təbii ki, qələbə üçün oynayırdıq. Təəssüf ki, belə alındı, amma bir şeyi deyə bilərəm - uşaqlar ilk turdan son tura qədər bütün güclərini qoydular. Sonradan məlum oldu ki, çempion olmaq üçün Serbiyanı 3,5:0,5 hesabı ilə məğlub etməliydik. Belə güclü rəqibə qarşı bu, çox çətindir", – deyə E. Səfərli vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov daha əvvəl İdman.Bizə açıqlamasında bildirmişdi ki, 20 il əvvəl o, xal bərabərliyi halında qalibi müəyyənləşdirmə sisteminin dəyişdirilməsini və ilk növbədə şəxsi görüşlərin nəticəsinin nəzərə alınmasını təklif etmişdi. Bu halda Serbiya ilə matçdakı strategiya fərqli ola bilərdi, çünki millimiz artıq Ukrayna üzərində qələbə qazanmışdı.

Lakin Səfərli bu məsələni şərh etmək istəməyib:

"Əsas olan yaxşı oynamaq və nəticə göstərməkdir. Xal hesablaması barədə isə təşkilatçılar düşünsünlər. Mənim fikrim burada heç nəyi dəyişməyəcək".

Fərdi uğuruna toxunan qrossmeyster bu mükafatı əsas məqsəd saymadığını qeyd edib:

"Bu, təbii ki, xoşdur, amma mən bu medalı əlavə bir bonus kimi qəbul edirəm. Mənim üçün əsas olan Azərbaycan millisinin uğurudur", – deyə o əlavə edib.

Səfərlinin fikrincə, son səkkiz ildə ilk dəfə medal qazanan Azərbaycan kişi şahmat millisi bu nəticə sayəsində Olimpiadadan öncə daha inamlı olacaq.

"Ümid edirəm ki, bu medal bizə doğrudan da inam verəcək. Gələn il Olimpiadadır və biz çalışacağıq ki, layiqli çıxış edək və medallar uğrunda mübarizə aparaq", – deyə Eltac Səfərli fikrini tamamlayıb.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Oxşar xəbərlər