top
Dünya Çempionatı: Blitsdə Teymur Rəcəbov, Sürətli Şahmatda Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə Azərbaycan Şahmatçıları Arasında Ən Yaxşı Nəticələri Göstəriblər Idman.biz
30 dekabr 2025, 20:22
- ↺ +

Dünya Çempionatı: Blitsdə Teymur Rəcəbov, Sürətli Şahmatda Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə Azərbaycan Şahmatçıları Arasında Ən Yaxşı Nəticələri Göstəriblər

Qətərin paytaxtı Doha şəhərində keçirilən sürətli və blits üzrə şahmatdan dünya çempionatı sona yaxınlaşır.

İdman.Biz Report-a istinadən xəbər verir ki, Azərbaycan turnirdə ümumilikdə 17 şahmatçı ilə təmsil olunub.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı, Xaqan Əhməd, Read Səmədov və Murad İbrahimli mübarizə aparıblar.

Blits yarışında 19 turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 12,5 xalla Teymur Rəcəbov göstərib və 12-ci yeri tutub.

Qadınların turnirində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva, Zeynəb Məmmədyarov, Türkan Məmmədyarov və Mələk İsmayıl çıxış ediblər. 15 turdan sonra Gülnar Məmmədova və Günay Məmmədzadə hər biri 9 xal toplayaraq ən yaxşı nəticəyə imza atıblar. Məmmədova 33-cü, Məmmədzadə isə 36-cı yeri tutub.

Qeyd edək ki, blits yarışı dünya çempionatının beşinci günündə başa çatır. Yarışın tamamlanmasından dərhal sonra yarımfinal görüşləri, ardınca isə final oyunu keçiriləcək.

Daha əvvəl sürətli şahmat üzrə kişilərin yarışında Şəhriyar Məmmədyarov 9 xalla 13-cü yeri tutub. Turnirin qalibi 10,5 xal toplayan norveçli Maqnus Karlsen olub. Qadınlar arasında sürətli şahmat yarışında isə Günay Məmmədzadə 6,5 xalla 34-cü yeri tutaraq Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni göstərib. Bu yarışın qalibi FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina olub.

Dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Oxşar xəbərlər