top
Baş hakim Xankəndi turniri, Məmmədovun şansları və turnirin əhəmiyyəti barədə danışıb Sport24.az
06 dekabr 2025, 19:52
- ↺ +

Baş hakim Xankəndi turniri, Məmmədovun şansları və turnirin əhəmiyyəti barədə danışıb

11-ci Vüqar Həşimov Memorial turnirinin baş hakimi Rauf Hacılı Xankəndidə keçiriləcək yarışla bağlı danışıb. Sport24.az xəbər verir ki, R.Hacılı turnirin maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini və təmsilçimiz Rauf Məmmədova inandığını deyib:

 

"Bu yarışda dünyanın ən güclü şahmatçılarından biri olan Yan Nepomnyaşiy də çıxış edir. Həmyerlimiz Rauf Məmmədov vaxt nəzarəti azaldıqca, çox güclü oyun nümayiş etdirir. Dünyanın ən qabaqcıl şahmatçıları ilə rəqabət apara bilər. Bu baxımdan hesab edirəm ki, çempionluğa namizədlərdən biri Rauf Məmmədovdur".

 

Turnirin baş hakimi Memorialın dünya çempionatının seçmə mərhələsi siyahısına salınmasından da danışıb: "Memorialın FİDE dünya çempionatının seçmə mərhələsi olması iştirakçıların məsuliyyətini artırır. Burada qazanılan uğur turnirin qalibinə əlavə imtiyazlar verəcək. Bu baxımdan düşünürəm ki, gərgin və maraqlı mübarizələrə şahidlik edəcəyik".

 

R.Hacılı turnirin işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin məsuliyyətindən də söz açıb: "30 il həsrətində olduğumuz bu ərazilərə səfər etmək hər bir azərbaycanlı üçün böyük hadisədir. Həmin ərazilərdə bərpa-quruculuq işləri gedir. Və yalnız mötəbər tədbirlər keçirilir. Bu baxımdan Memorialın ötən il Şuşada, bu dəfə isə Xankəndidə təşkil olunması Vüqar Həşimovun xatirəsinə olan böyük hörmət və ehtiramın göstəricisidir. Mən də bu cür tədbirə dəvət edildiyim üçün böyük fəxr hissi keçirirəm".

 

Qeyd edək ki, 11-ci Vüqar Həşimov turnirinə dekabrın 9-da start veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər