top
Azərbaycan şahmatçıları Avropa çempionatında Niderland və Almaniya ilə qarşılaşacaq Idman.biz
08 oktyabr 2025, 14:01
- ↺ +

Azərbaycan şahmatçıları Avropa çempionatında Niderland və Almaniya ilə qarşılaşacaq

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycan yarışın favoriti – Niderlandla qarşılaşacaq.

İdman.biz xəbər verir ki, dördüncü turda yarışın mərkəzi qarşılaşması Şəhriyar Məmmədyarovla niderlandlı qrossmeyster Aniş Qiri arasında baş tutacaq.

Hər iki şahmatçı bir-birini yaxşı tanıyır və müxtəlif turnirlərdə dəfələrlə qarşılaşıblar. Qiri hazırda əla formadadır: o, yaxın günlərdə Səmərqənddə keçirilən "Grand Swiss" turnirinin qalibi olub və namizədlər turnirinə vəsiqə qazanıb.

Azərbaycan komandasının heyəti Polşaya qalib gəldikləri (2,5:1,5) III turla müqayisədə dəyişməyib.

Əldə etdiyi yeganə qələbə ilə komandanın uğurunda əsas pay sahibi olan Eltac Səfərli bu dəfə güclü rəqib — Yordan Van-Forestlə qarşılaşacaq. Həmçinin Aydın Süleymanlı və Məhəmməd Muradlının qarşıdan gələn oyunlara qatılması nəzərdə tutulub.

Maraqlıdır ki, iki turdur Rauf Məmmədov heyətə daxil edilmir. Onun ikinci turda məğlub olması səbəbindən yığmamız Çexiya ilə heç-heçə etmişdi.

Qadınlardan ibarət Azərbaycan millisi isə bu gün Almaniya ilə qarşılaşacaq. Dünən Fransa ilə 2:2 hesablı heç-heçədən sonra heyətdə dəyişiklik edilib — Ayan Allahverdiyevanı bu dəfə Gülnar Məmmədova əvəzləyəcək.

Xatırladaq ki, hər iki yığmamız üç turun ardından beş xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Oxşar xəbərlər