top
Azərbaycan şahmat komandası Avropa çempionluğuna yaxın - Ukrayna ilə həlledici görüş Idman.biz
13 oktyabr 2025, 10:44
- ↺ +

Azərbaycan şahmat komandası Avropa çempionluğuna yaxın - Ukrayna ilə həlledici görüş

Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət şahmat millisi mühüm qələbə qazanaraq qızıl medallar uğrunda əsas iddiaçı komandaya çevrilib.

İdman.Biz xəbər verir ki, yeddinci tur çərçivəsində keçirilən əsas qarşılaşmada azərbaycanlı şahmatçılar güclü Macarıstan yığmasına qarşı inamlı oyun nümayiş etdirərək 3:1 hesabı ilə qalib gəliblər.

Milli komandanın heyətində qələbələri Eltac Səfərli və Aydın Süleymanlı qazanıblar. Onlar müvafiq olaraq Sənan Syuqirov və Benyamin Qleduru məğlub ediblər. Birinci və ikinci lövhələrdə isə Şəhriyar Məmmədyarov Riçard Rapportla, Rauf Məmmədov isə Peter Leko ilə heç-heçə oynayıb.

Turun digər mərkəzi qarşılaşmasında Ukrayna yığması Niderland komandası üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. Ukraynalılara qələbəni İqor Kovalyov qazandırıb – o, qara fiqurlarla niderlandlı veteran Lyuk van Velini məğlub edib.

Nəticədə Azərbaycan yığması yeddinci turdan sonra aktivindəki xalların sayını 11-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib və lider Ukraynadan iki xal geri qalır.

Məhz Ukrayna ilə qarşılaşma Azərbaycan yığması üçün həlledici olacaq. Bu komandalar səkkizinci, yəni sonuncudan əvvəlki turda üz-üzə gələcək və həmin görüş faktiki olaraq Avropa çempionunu müəyyənləşdirəcək. Qələbə halında Azərbaycan şahmatçıları xalları bərabərləşdirəcək və əlavə göstəricilərə görə Ukraynanı geridə qoyacaqlar. Ukraynanın qələbəsi onlara "qızıl"ı təmin edəcək, heç-heçə isə Azərbaycan yığmasının birincilik şanslarını qoruyub saxlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan və Ukrayna komandaları məğlubiyyət üzü görməyən yeganə kollektivlərdir. Ukraynanın aktivində altı qələbə və bir heç-heçə, Azərbaycan millisinin isə dörd qələbə və üç heç-heçə var.

Hər iki komanda əvvəlki turda qələbə qazandıran heyətlərini dəyişməyib. Ukrayna – Azərbaycan matçında cütlüklər aşağıdakı kimidir:

Ruslan Ponomaryov (2633) - Şəhriyar Məmmədyarov (2742)

Andrey Volokitin (2617) - Rauf Məmmədov (2655)

İqor Kovalyov (2669) - Eltac Səfərli (2630)

İqor Samunenko (2568) - Aydın Süleymanlı (2614)

Bununla yanaşı, Azərbaycan qadın şahmat yığması hesabat turunda reytinq favoritlərindən biri olan Gürcüstan millisinə gərgin mübarizədə 1,5:2,5 hesabı ilə məğlub olub. Komandamızda yeganə qələbəni Gülnar Məmmədova qazanıb. Ülviyyə Fətəliyeva və Gövhar Bəydullayeva uduzub, Xanım Balacayeva isə heç-heçə oynayıb.

Yeddinci turdan sonra şahmatçı xanımlarımız səkkiz xalla turnir cədvəlində 10-cu pilləyə eniblər və mükafatçılar sırasına düşmək şanslarını itiriblər. Turnirə 12 xalla Polşa yığması liderlik edir. Ondan bir xal geri Almaniya və Ukrayna komandaları qərarlaşıb.

Səkkizinci turda Azərbaycan millisi Rumıniya yığması ilə qarşılaşacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Oxşar xəbərlər