top
Anar Allahverdiyev: 11-ci Vüqar Həşimov Memorialı Xankəndidə keçiriləcək və şahmatçılarımızın yüksək səviyyədə çıxış edəcəyinə inanırıq Sport24.az
05 dekabr 2025, 18:39
- ↺ +

Anar Allahverdiyev: 11-ci Vüqar Həşimov Memorialı Xankəndidə keçiriləcək və şahmatçılarımızın yüksək səviyyədə çıxış edəcəyinə inanırıq

"11-ci Vüqar Həşimov Memorial turnirinə hazırlıq yüksək səviyyədə davam edir. Hazırda yarışın keçiriləcəyi məkan və oyunçular da müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində olacaq".

 

Bu sözləri Sport24.az-a açıqlamasında turnirin direktoru Anar Allahverdiyev deyib.

 

Xankəndi şəhərində təşkil olunacaq yarışın 44 günlük Vətən müharibəsində qazanılan qələbənin simvolu olduğunu söyləyən Allahverdiyev turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini deyib: "Ötən il Memorial yarış Şuşada oldu. Fəxr hissi ilə bu yarışın böyük statuslu beynəlxalq turnir olduğunu deyə bilərəm. Güclü şahmatçılar üz-üzə gələcəklər. Məsələn, rusiyalı Yan Nepomnyaşiy elit şahmatçılar siyahısına daxildir və çox güclüdür. Gənc ulduzlardan özbəkistanlı Nodirbek Yakubboyevin adını çəkə bilərəm. Çox gözəl oyunu ilə bütün türk dünyasını sevindirir. Digər şahmatçılar da uğurlu çıxışları ilə yadda qalır. Yerli şahmatçılardan Vüqar Həşimov şahmat klubunun lideri olan, 3 qat Avropa çempionu, uzun illər Vüqarla bir komandada çıxış edən Rauf Məmmədov və onunla yanaşı Aydın Süleymanov da yarışacaqlar. Əlbəttə, bu turnirə böyük maraq var. Xankəndidə bu turnirin keçirilməsi şahmatın regionlarda inkişafına da böyük təkan verir".

 

Turnirin direktoru yarışın formatı ilə bağlı da məlumat verib: "Yarış blits və rapid növlərində keçiriləcək. Rapiddə 15 dəqiqə + 10 saniyə, blitsdə isə 3 dəqiqə +2 saniyə vaxt olacaq. Şahmatdan zövq almaq üçün vaxt olaraq qısaldılmış formata keçirilir. Artıq bununla ayaqlaşmaq lazımdır. Vüqar Həşimov Memorialı da böyük nəzarət vaxtı ilə başlamışdı. Ancaq zamanın tələblərini nəzərə alaraq, biz də bu formata keçid etdik. Belə olan halda oyun daha dinamik və həyəcanlı keçir. Mübarizə baxımından isə öz şahmatçılarımızın yüksək səviyyədə çıxışını və yaxşı yerlər tutacağına inanırıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Oxşar xəbərlər