top
«Sabah» – «Barselona»: Azərbaycan və İspaniya klublarının avrokuboklardakı 10-cu qarşılaşması Sportinfo.az
Bu gün, 19:20
- ↺ +

«Sabah» – «Barselona»: Azərbaycan və İspaniya klublarının avrokuboklardakı 10-cu qarşılaşması

Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Sabah" - "Barselona" oyunu Azərbaycan və İspaniya komandalarının avrokuboklarda 10-cu dueli olacaq.

Sportinfo.az xəbər verir ki, indiyədək ölkə təmsilçilərindən yalnız "İnter Bakı" (indiki "Şamaxı") və "Qarabağ" İspaniya klubları ilə üz-üzə gəlib.

Paytaxt təmsilçisi 2015/2016 mövsümündə UEFA Avropa Liqasının III təsnifat mərhələsində İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb.

Bilbaoda keçirilən ilk görüşdə rəqibinə 0:2 hesabı ilə uduzan "İnter Bakı" Bakıda qolsuz heç-heçəyə nail olub. İki oyunun nəticəsinə əsasən, Azərbaycan klubu mübarizəni dayandırıb.

Ağdam təmsilçisi indiyədək UEFA turnirlərində İspaniyanın 4 klubu ilə qarşılaşıb. "Qarabağ" 7 matçın 5-də məğlub olub, 2 görüşdə heç-heçə edib.

"Qarabağ"ın İspaniya klubları ilə ilk dueli UEFA Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsinə təsadüf edib. Ağdam klubu "Atletiko" ilə hər iki oyunda heç-heçə edib. Bakıda keçirilən görüş 0:0, Madriddəki qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində "Sevilya" ilə üz-üzə gəlib. Bakıda keçirilən ilk matçda 0:3 hesabı ilə uduzan "Qarabağ" səfərdə də məğlubiyyətlə barışıb - 0:2.

Ağdam təmsilçisi 2020/2021 mövsümündə eyni turnirin qrup mərhələsində "Vilyarreal"la qarşılaşıb. Bakıda keçirilən görüşdə İspaniya klubu 3:1 hesabı ilə qalib gəlib.

Komandalar arasında dekabrın 10-da keçirilməli olan cavab matçı isə koronavirus səbəbindən baş tutmayıb. UEFA həmin qarşılaşmada "Qarabağ"a texniki məğlubiyyət verib - 0:3.

"Qarabağ"ın İspaniya təmsilçisi ilə son dueli UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinə təsadüf edib. Ağdam klubu səfərdə "Atletik"ə 1:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan və İspaniya klublarının avrokuboklardakı əvvəlki 9 qarşılaşmasında ölkə təmsilçiləri 3 qol vurub, qapılarında 17 top görüblər. İspaniya klubları 6 qələbə qazanıb, 3 görüş heç-heçə başa çatıb. Top fərqi 17:3-dür.

"Sabah" - "Barselona" oyunu noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:20

Fermin Lopes iki oyunda diskvalifiyasiya edildi

Futbol
Bu gün, 19:16

Yoroya məhkumlaya cəza ləğv edilməsi qərarı müdafiə edildi

Futbol
Bu gün, 19:11

Qvardiola milli komandaya rəhbərlik etməyi düşünür

Futbol
Bu gün, 19:10

Mançester Yunayted müdafiəçisi Eyden Heven qış transfer pəncərəsində icarəyə göndərilə bilər

Digər
Bu gün, 19:08

Bakıda 33 idman federasiyasını bir araya gətirəcək ExpoSport Azerbaijan 2026 sərgisi

Qarabağ FK
Bu gün, 19:00

Şahruddin Məhəmmədəliyev səs-küylü açıqlamasına “Sportinfo”nun qeyri-rəsmi söhbətində aydınlıq gətirdi

Futbol
Bu gün, 18:59

Pep Qvardiola, Neymarı “Barselona”dan əvvəl “Bavariya”ya transfer etmək istəyib

Futbol
Bu gün, 18:39

Man City rədd edilən qırmızı kart üçün üzr istəməyəcək

Digər
Bu gün, 18:26

Azərbaycanda idman yarışlarında hakim və xarici idmançı xərcləri yeni normalara uyğunlaşdırıldı

Futbol
Bu gün, 18:20

"Barselona" Dortmundun 17 yaşlı yarımmüdafiəçisi Matis Albert ilə maraqlanır

Futbol
Bu gün, 18:17

Jistau eyni gündə Çempionlar Liqasında "Sabah"a qarşı da meydana çıxa bilər

Futbol
Bu gün, 18:15

Qabriel Xesusun "Bavariya"ya transferi üçün danışıqlar başlayıb

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Digər
Bu gün, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin gənclər komandaları üçün oyun qaydaları və açıqlıq üzrə seminar keçirilib

Voleybol
Bu gün, 17:56

Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb

Futbol
Bu gün, 17:52

Elçin Məsiyev U-17 Dünya Çempionatı üçün baş hakimi təyin edildi

Cüdo
Bu gün, 17:50

Samuxda ilk cüdo zalı istifadəyə verilib – FOTO

Futbol
Bu gün, 17:44

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Futbol
Bu gün, 17:35

CAF 2026-cı ilin ən yaxşı oyunçusu adına son beşi namizədi açıqladı

Futbol
Bu gün, 17:28

AFFA "Zəfər" komandasını U-14 Liqasında kənarlaşdırdı

Oxşar xəbərlər