Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda bəzi komandalara texniki məğlubiyyət verilib.
U-13 Liqasında keçirilməsi nəzərdə tutulan "Baku Sportinq" FK – "Loru" FK oyunu "Baku Sportinq"in təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "Baku Sportinq"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilməsi nəzərdə tutulan "Mübariz" FA – "Qartal" FK oyunu "Qartal"ın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "Qartal"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilməsi nəzərdə tutulan "Qarabağ" B – "AZART" oyunu "AZART" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "AZART" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilmiş "Modern" FC – "Qartal" FK oyunu başlayandan sonra "Qartal"ın heyətində adı oyun protokolunda qeyd olunmayan futbolçu aşkar edildiyi üçün "Qartal"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilməsi nəzərdə tutulan "Mübariz" (Binə) – "Qartal" FK oyunu "Qartal" FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "Qartal"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasında keçirilməsi nəzərdə tutulan "Universal Football Academy" – "Fateh Futbol Məktəbi" oyunu "Fateh Futbol Məktəbi" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "Fateh Futbol Məktəbi" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasında keçirilməsi nəzərdə tutulan "Avey" (Ağstafa) – "Qazax Gənclər" oyunu "Qazax Gənclər" komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığı üçün "Qazax Gənclər" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.