top
««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi Sportinfo.az
Bu gün, 20:00
- ↺ +

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Azərbaycan milli komandalarının, xüsusilə də müxtəlif yaş qruplarından ibarət yığmalarımızın hazırkı durumu göz önündədir.

İllərdir sıralanan böyükhesablı məğlubiyyətlər, beynəlxalq arenada arzuolunmaz nəticələr və bacarıqlı futbolçu yetişdirmək bağlı yaşanan çətinliklər hələ də davam edir.

Təbii ki, ölkə futbolunun bugünkü acınacaqlı vəziyyətinin əsas səbəblərindən biri uşaq futbolunun lazımi səviyyədə inkişaf etməməsidir. Halbuki Azərbaycanda istedadlı uşaqlar və yeniyetmələr az deyil.

Problem ondadır ki, onlar müəyyən yaş həddinə çatdıqdan sonra müxtəlif çətinliklərlə üzləşir, yüksək səviyyəyə yüksəlmək və peşəkar futbolçu kimi formalaşmaq imkanları məhdudlaşır.

Məhz bu məsələlər ətrafında bölgə futbolunun içində olan, uzun illər I Liqada mübarizə aparan "Zaqatala"nın sabiq baş məşqçisi, hazırda regionda fəaliyyət göstərən "Alfa Zaqatala" futbol məktəbinin təsisçisi və baş məşqçisi Rüstəm Məmmədovla söhbətləşdik.

(əvvəli ötən yazıda)

- Maliyyə?

-Bəli. Aprel ayında "Beşiktaş" Futbol Akademiyasında Pro kateqoriyası ilə bağlı təlimdə iştirak edərkən onların iş prinsipləri ilə yaxından tanış oldum. Açığı, məşq prosesləri baxımından bizimlə onlar arasında elə də böyük fərq görmədim. Hətta bəzi məqamlarda bizim məşq proseslərimizin daha fərqli və maraqlı olduğunu da deyə bilərəm. Məşqçilərə sual verdim ki, uşaqlarınızın inkişafını necə təmin edirsiniz? Onlar da mənə sual verdilər. Soruşdular ki, sizin komandalar il ərzində neçə oyun keçirir? Dedim ki, orta hesabla 20-30, bəzən 40 yoldaşlıq oyunu olur. Ən yaxşı halda turnirlər də daxil olmaqla bu rəqəm 50-yə çata bilər. Onlarda bu say bilirsiniz neçədir? 100-150 arası rəsmi və qeyri-rəsmi oyun. Onlar futbolçuların məhz bu təcrübə hesabına inkişaf etməsinə üstünlük verirlər. Birlikdə daha çox oynamaq. Türkiyədə olduğum müddətdə xaricdən də çoxlu komandaların gəldiyini görürdüm. Həftə ərzində ən azı iki oyun keçirilirdi. Bir tərəfdən çempionat davam edirdi, digər tərəfdən yoldaşlıq görüşləri və turnirlər təşkil olunurdu. Məsələn, çempionat oyunları ilə yanaşı, turnirə də gedirdilər və orada ən azı iki-üç qarşılaşma keçirirdilər. Yəni uşaqların oyun praktikası hədsiz dərəcədə çox idi.

– Deməli, uşaq futbolçuların inkişafında oyun praktikasını çox vacib hesab edirsiniz?

– Əlbəttə. Futbolçunun inkişaf yolu, ilk növbədə, oyunlardan keçir. Mən uşaqları Zaqatalada eyni komandalarla qarşılaşdırmaqla nə qədər inkişaf etdirə bilərəm? Onları mütləq Qəbələyə, Mingəçevirə, Gəncəyə, Bakıya aparmalıyam. Məhz fərqli rəqiblərlə qarşılaşanda uşaqların inkişafı daha çox hiss olunur. Ona görə də komandaların beynəlxalq oyunlarda, beynəlxalq turnirlərdə iştirak etməsi çox vacibdir. Bu isə ciddi maliyyə tələb edir. Söhbət təkcə yarışlarda iştirakdan getmir. Qidalanma, yerləşmə, nəqliyyat xərcləri var. Bütün bunları qarşılamaq lazımdır. Digər ciddi problem isə təhsillə futbolun uzlaşmamasıdır. Təəssüf ki, indiki şəraitdə uşaq ya idmanı, ya da təhsili seçməli olur. Hər ikisini paralel şəkildə inkişaf etdirmək çox çətindir. Məsələn, mən həftədə dörd dəfə məşq planlaşdırıram, amma uşaq bəzən həmin məşqlərin ikisinə gəlmir, gələ bilmir. Səbəbini soruşanda müəllim yanına getdiyini, hazırlığı, kursu, imtahanı əsas gətirir. Nəticədə məşqlərdən kənarda qalır. Bu cür davamiyyətlə inkişafdan danışmaq çətindir. Futbolçu həftədə heç olmasa üç-dörd dəfə komanda ilə məşq etməli, əlavə olaraq bir-iki dəfə fərdi hazırlıq keçməlidir. Yalnız bu halda inkişaf etmək mümkündür. Amma mövcud vəziyyətdə valideyn də qərar vermək məcburiyyətində qalır: uşağı təhsilə yönəltsin, yoxsa idmana?

- Çıxış yolu varmı?

- Əgər uşaq dərslərində daha yaxşıdırsa, valideyn təbii olaraq təhsilə üstünlük verir. Niyə? Çünki Azərbaycan futbolu hələ elə bir səviyyədə deyil ki, valideyn övladının gələcəyini rahatlıqla bu sahəyə bağlaya bilsin. Hamı deyir ki, yaxşı futbolçu 15-16, uzağı 17 yaşına çatanda artıq böyük futbola keçməlidir. Amma gəlin görək, Azərbaycanda hər il minlərlə uşaq futbol oynayır, onların neçəsi peşəkar səviyyəyə yüksələ bilir? Bəlkə də cəmi 3-5, ən yaxşı halda 5-10 nəfər. Valideyn də oturub düşünür ki, mən övladımı futbola yönəltsəm, gör əsən, həmin min nəfərin içindən seçilən 5-10 futbolçudan biri ola biləcəkmi? Bunun əvəzində təhsilə üstünlük versə, qarşısında daha geniş imkanlar açılır. Savadlı və bacarıqlı kadr hər zaman özünə iş tapa bilər. Bu gün müxtəlif sahələrdə yeni iş yerləri açılır, savadlı mütəxəssislərə ehtiyac var. İnsan bilikli və bacarıqlıdırsa, özünə uyğun iş tapmaq imkanı daha yüksəkdir. Ona görə də futbolçu yetişdirmək istəyiriksə, bu sahəyə ciddi dəstək göstərilməlidir. Məşqçiyə də, kluba da, uşağa da dəstək lazımdır. Futbolda da müəyyən mənada belə bir problem var. Çox vaxt insanlar özlərinə yaxın olanları irəli çəkməyə çalışırlar. Halbuki istedadlı uşaqların üzə çıxarılması üçün daha obyektiv yanaşma olmalıdır. Yaxşı futbolçu olmaq üçün təkcə Allah vergisi kifayət etmir. İstedad vacibdir, amma əzmkarlıq, davamlı məşq və düzgün inkişaf prosesi böyük rol oynayır. Hamımızın gözlədiyi Messi və ya Ronaldo səviyyəsində istedadın ortaya çıxması nadir haldır. Əsas məsələ istedadlı uşaqları vaxtında tapmaq, onların üzərində işləmək və inkişaf etmələri üçün şərait yaratmaqdır.

– Bu gün ölkədə uşaq futbolunun vəziyyətini kateqoriyalara bölsək, durumu necə qiymətləndirərdiniz: əla, yaxşı, orta, pis, yoxsa bərbad?

– Əgər söhbət Azərbaycan futbolunda fəaliyyət göstərən uşaq qruplarından gedirsə, ümumi vəziyyətə "əla" qiymətini verə bilmərəm. Çünki mənim gördüyüm mənzərədə əla səviyyədə fəaliyyət göstərən akademiya demək olar yoxdur. Bəlkə də bir sıra akademiyaların iş prinsipləri və şəraiti barədə tam məlumatım yoxdur. Amma gördüklərimin arasından "Sabah" və "Ulduz" futbol klublarının akademiyalarını xüsusi qeyd edərdim. Bu iki klubun imkanları digər klublarla müqayisədə bir qədər öndədir. Ümumi vəziyyətə bərbad deməzdim. Düzdür, bəzi yerlərdə vəziyyət pis və hətta bərbaddır. Amma ümumi götürəndə orta səviyyədədir. İllər öncə rayon futboluna bəzən aşağı səviyyədə baxılırdı. Amma yayda U-11 komandamız Bakıda "Sabah"ın U-11 komandası ilə yoldaşlıq oyunu keçirdi və 6:3 hesabı ilə qalib gəldi. Daha sonra "Ulduz"un U-11 komandası ilə qarşılaşdıq. Həmin oyunda da komandamız 6:3 hesabı ilə qələbə qazandı. Bu nəticələr nəyi göstərir? Deməli, rayonlarda da kifayət qədər istedadlı və perspektivli uşaqlar var. Sadəcə onlara düzgün şərait yaratmaq, inkişafları üçün imkan vermək lazımdır.

-"Sabah"la "Ulduz"da nə var ki, digərlərində yoxdur?

- Onların fəaliyyətini yaxından izləyirəm. Həmin akademiyalarda oynayan tanışlarım, yaxınlarım da var. Bu klublar uşaqları beynəlxalq turnirlərə aparırlar. Təəssüf ki, digər klublarda belə bir yanaşmanı görmürəm. İki klubdakı uşaq futbolunun vəziyyətinə baxaraq, bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Voleybol
Bu gün, 19:43

Polşa klubu Bakıda 'DH Volley'lə oyunun yayımının olmayacağını elan etdi

Futbol
Bu gün, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Qarabağ FK
Bu gün, 19:40

Ayman Buali: “İndi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir”

Futbol
Bu gün, 19:31

Deko Mançester Siti müdafiəçisini Barselonaya gətirməyi planlaşdırır

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Futbol
Bu gün, 19:20

Fermin Lopes iki oyunda diskvalifiyasiya edildi

Qarabağ FK
Bu gün, 19:20

«Sabah» – «Barselona»: Azərbaycan və İspaniya klublarının avrokuboklardakı 10-cu qarşılaşması

Futbol
Bu gün, 19:16

Yoroya məhkumlaya cəza ləğv edilməsi qərarı müdafiə edildi

Futbol
Bu gün, 19:11

Qvardiola milli komandaya rəhbərlik etməyi düşünür

Futbol
Bu gün, 19:10

Mançester Yunayted müdafiəçisi Eyden Heven qış transfer pəncərəsində icarəyə göndərilə bilər

Digər
Bu gün, 19:08

Bakıda 33 idman federasiyasını bir araya gətirəcək ExpoSport Azerbaijan 2026 sərgisi

Qarabağ FK
Bu gün, 19:00

Şahruddin Məhəmmədəliyev səs-küylü açıqlamasına “Sportinfo”nun qeyri-rəsmi söhbətində aydınlıq gətirdi

Futbol
Bu gün, 18:59

Pep Qvardiola, Neymarı “Barselona”dan əvvəl “Bavariya”ya transfer etmək istəyib

Futbol
Bu gün, 18:39

Man City rədd edilən qırmızı kart üçün üzr istəməyəcək

Digər
Bu gün, 18:26

Azərbaycanda idman yarışlarında hakim və xarici idmançı xərcləri yeni normalara uyğunlaşdırıldı

Futbol
Bu gün, 18:20

"Barselona" Dortmundun 17 yaşlı yarımmüdafiəçisi Matis Albert ilə maraqlanır

Futbol
Bu gün, 18:17

Jistau eyni gündə Çempionlar Liqasında "Sabah"a qarşı da meydana çıxa bilər

Futbol
Bu gün, 18:15

Qabriel Xesusun "Bavariya"ya transferi üçün danışıqlar başlayıb

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Oxşar xəbərlər