top
“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür” Futbolinfo.az
Bu gün, 08:17
- ↺ +

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

"Sabah"ın tibbi xidmətlər şöbəsinin ispaniyalı rəhbəri Mateo Perez ölkərinin "Sport" nəşrinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona"ya qarşı bu gün keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

"Çempionlar Liqasına vəsiqə qazandığımız gündən bəri məndən yalnız "Barselona" ilə oyuna bilet istəyirlər. Nə "Napoli", nə də "Borussiya" – hamı "Barselona" ilə matça bilet istəyir", – deyə fizioterapevt söyləyib.

Azərbaycana gəlməzdən əvvəl İspaniyanın aşağı liqalarında fəaliyyət göstərən madridli mütəxəssis ölkədaxili yarışda "Qarabağ"ın hegemonluğuna son qoyduqlarını deyib: “Çempion olmaq inanılmaz hadisə idi. Bütün mövsüm ərzində "Qarabağ"a qarşı mübarizə aparmaq möhtəşəm oldu”.

Perez hesab edir ki, bugünkü qarşılaşma kataloniyalılar üçün gözlənildiyi qədər asan keçməyəcək: "Biz qalib gələ bilərik. Reallıq budur ki, qələbə qazanmaq şansımız var. Səfərdə oynamaq, altı saatlıq uçuş və üç saatlıq vaxt fərqi asan deyil. Fürsətlərimiz var. Çox çətin olacaq, amma mümkündür".

Fizioterapevt Lamin Yamalın yoxluğunun onlara müəyyən üstünlük qazandırdığına inanır: "Əlbəttə, bu, bizim üçün yaxşıdır, amma eyni zamanda təəssüf doğurur. Çünki belə matçlarda ən yaxşı futbolçulara qarşı oynamaq istəyirik. Bütün futbolçuları heyətində olan "Barselona"ya qalib gəlmək daha böyük sevinc olardı".

İspaniyalı mütəxəssis öz komandasına tam güvənir və "Sabah"ın La Liqada rəqabət apara biləcək gücdə olduğunu düşünür: "Şübhəsiz ki, komanda bu liqada oynaya bilər. "Sabah" cəsarətli futbol oynayan, topa nəzarət etməyi və hücum qurmağı sevən komandadır. Komandada topu qəbul etməkdən çəkinən, oyuna qoşulmaq istəməyən futbolçular görə bilməzsən".

Yenicə ata olan Mateo Perez Azərbaycanda uzun müddət qalmağı düşünmür: "Özümü burada uzun illər qalacaq biri kimi görmürəm. Bakıya bu təcrübəni yaşamaq üçün gəlmişəm, amma başqa yerlərdə də işləmək istəyirəm. Azərbaycanda özümü yaxşı hiss edirəm. Təbii ki, İspaniyadan uzaqda olmağın çətinlikləri var. Xüsusilə yemək məsələsində bu fərq özünü daha çox büruzə verir. İspaniyaya hər qayıdanda yemək yemək əsl zövqə çevrilir. Burada yeməklər pis deyil, amma İspaniyadakı tamam başqadır".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" oyunu saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:00

Azərbaycan çempionu "Sabah" Barselona ilə üz-üzə!

Voleybol
Bu gün, 08:00

“Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı məğlub edərək xal fərqini artırdı

Futbol
Bu gün, 08:00

Real Madrid Champions League pley-off yerini rəsmi olaraq təmin etdi

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Digər
Bu gün, 07:00

Noyabrın 25-də gözlənilən hava şəraiti: yağış və dağlıq ərazilərdə qar ehtimalı

Futbol
Bu gün, 06:13

Dieqo Simeone “Atletiko”dakı gələcəyi barədə susqunluğunu pozdu

Futbol
Bu gün, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi;

Futbol
Bu gün, 05:38

Real Madrid UEFA Çempionлар Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 02:08

Arsenal ilə Borussia Dortmundun 1:1 bərabərliyi

Futbol
Bu gün, 02:02

Real Madrid Santyaqo Bernabeu stadionunda PSV-yə 5:1 qalib gəldi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Oxşar xəbərlər