UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Mançester Siti" doğma meydanda "Napoli" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Etihad" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissənin əvvəlində Rasmus Hoylund "Napoli"ni hesabda önə çıxarıb. Matçın 67-ci dəqiqəsində Ayub Buaddi İngiltərə təmsilçisinin bərabərlik qoluna imza atıb.
Görüşün sonlarına yaxın Noa Lanq qonaqları yenidən hesabda önə keçirib. Lakin Rayan Şerki "Mançester Siti"ni məğlubiyyətdən xilas edərək matçın yekun hesabını müəyyənləşdirib - 2:2.