UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycan təmsiçisi "Sabah" da meydana çıxacaq.
Valdas Bambrauskasın komandası dünya nəhənglərindən olan, turnirin beşqat qalibi "Barselona"nı qəbul edəcək.
Bakı Olimpiya stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
"Barselona" hazırda 9 xalla 8-ci, "Sabah" isə 3 xalla 30-cu pillədə qərarlaşıb.
25 noyabr
Çempionlar Liqası
5-ci tur, Liqa mərhələsi
21:45 "Sabah" (Azərbaycan) – "Barselona" (İspaniya)
Hakimlər: Nikolas Uolş, Frensis Konor, Daniel MakFarlan
Bakı Olimpiya Stadionu.

