top
Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir” Idman.biz
Bu gün, 17:46
- ↺ +

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

"Azərbaycan çempionatının səviyyəsi yüksəlib. Hazırda "Neftçi"nin, "Sabah" və "Qarabağ"ın yaxşı kollektivləri var. Digər komandalarda da xaricdən gələn çoxlu yeni futbolçu var. Düşünürəm ki, Premyer Liqa addım-addım inkişaf edir".

Bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade deyib.

Kabo-Verdedən olan 33 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycan Premyer Liqasının 12-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçı şərh edib. O, komandanın uğursuz nəticələrindən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasından danışıb.

"Düşünürəm ki, "Neftçi"nin yaxşı komandası var. Yaxşı futbolçuları, həmçinin yaxşı oyun sistemi var. Bizim üçün isə vəziyyət çətindir. Bunu hamı bilir, biz də anlayırıq. Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün bir oyunda qalib gəlməliyik. Çətin bir dövr keçiririk. Hamı da görür ki, turnir cədvəlində sonuncu yerdəyik. Təbii ki, vəziyyət heç də asan deyil. İndi hamımız bu barədə düşünməli və vəziyyətdən mümkün qədər tez çıxmağa çalışmalıyıq", - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Andrade komandadan ayrılmağı düşünmədiyini bildirib:

"Mövsümün sonuna qədər müqaviləm var. Burada qalmağı xoşlayıram. Bu komandanı, buradakı insanları və əməkdaşları sevirəm. Yaxşı dostlarım var. Düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir".

Uzun illər "Qarabağ"ın heyətində çıxış edərək avrokubok təcrübəsi qazanan Andrade "Sabah"ın "Barselona" ilə keçirəcəyi oyunla bağlı gözləntilərini bölüşüb. O, qarşılaşmanı stadiondan izləmək istədiyini də bildirib:

"Bilirik ki, bu, çətin oyun olacaq. Bəzən kiçik komandaların da böyük uğurlar qazandığını görürük. "Sabah"a uğurlar arzulayıram. Onların da yaxşı komandası var. Futbolda hər şey mümkündür, meydanda 11 futbolçuya qarşı 11 futbolçu mübarizə aparır. Təbii ki, "Barselona"ya qarşı oynamaq onlar üçün çətin olacaq.

"Sabah"ın yaxşı oyunçuları var. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirə bilərlər. Oyunu stadiondan canlı izləməyi düşünürəm".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra "Barselona" doqquz xalla turnir cədvəlinin beşinci, "Sabah" isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Futbol
Bu gün, 17:00

"Neftçi”yə qarşı xüsusi hazırlıq - Bu XƏBƏRİ QAÇIRMAYIN!

Qarabağ FK
Bu gün, 17:00

"Kəpəz"in legioneri Kennet Kalunqa: "Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyduq"

Futbol
Bu gün, 16:56

Premyer Liqanın 13-cü turu: komandalar arası üzd-üz tarixi statistikalar

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakıda Görməli Yerləri Video Hazırladı

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Qarabağ FK
Bu gün, 16:40

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Oxşar xəbərlər