Çempionlar Liqasının liqa mərhələsinin V turunda PSV üzərində əzmkar qələbədən (5:1) sonra, "Real" növbəti mərhələyə vəsiqəni rəsmiləşdirdi. Sport24.az xəbər verir ki, liqa mərhələsinin başa çatmasına hələ üç tur qalmasına baxmayaraq, Madrid klubu keçirdiyi beş matçın hamısında qalib gələrək 15 xal toplayıb və ilk 24 komanda arasında yerini təmin edib.
Ən pis ssenaridə - Madrid təmsilçisi son üç matçının hamısında məğlub olsa belə, turnir cədvəlində 23-cü yerdən aşağı düşməyəcək.
Qeyd edək ki, "Real" cari mövsümdə Çempionlar Liqasında pley-off mərhələsindəki yerini rəsmiləşdirən ilk komanda olub.