Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Kriştianu Ronaldunun yığmadakı karyerasını başa vurması ilə bağlı diqqətçəkən açıqlama verib.
İdman.Biz xəbər verir ki, futbolçu Ronaldunun milli komandada digər oyunçular tərəfindən hörmətsizliklə üzləşdiyini hiss etmiş ola biləcəyini söyləyib.
"Bəlkə də Kriştianu bunu hiss edib, bilmirəm. Biz həmişə ona mümkün qədər hörmət göstərməyə çalışmışıq, çünki o, bütün nəsillər üçün nümunədir.
Əgər o, özünə qarşı hörmətsizlik hiss edibsə, mən kiməm ki, bunun əksini iddia edim? Millinin kapitanı kimi deyil, futbolçusu kimi danışa bilərəm, çünki hazırda kapitan Bernardu Silvadır. Yığmada etdiyimiz hər şey Ronalduya həm insan, həm də futbolçu kimi hörmət göstərməyə yönəlmişdi", - deyə Fernandeş qeyd edib.