top
Zaur Əliyevin Sinqapur səfəri: Görüşlər, Konqres və Milli Komanda ilə Təmas - FOTO Idman.biz
29 iyul 2025, 14:46
- +

Zaur Əliyevin Sinqapur səfəri: Görüşlər, Konqres və Milli Komanda ilə Təmas - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və baş katibi Oqtay Atayev Sinqapurda Beynəlxalq Su İdman Növləri Federasiyasının (World Aquatics) konqresində iştirak ediblər.

ASF-dən İdman.biz-ə verilən məlumata görə, tədbir çərçivəsində müxtəlif çıxışlar, müzakirələr, görüşlər və WA bürosuna seçkilər baş tutub.

ASF rəhbərliyi üçün konqres həm də beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcək əməkdaşlıqlar baxımından önəm daşıyır.

Zaur Əliyev WA prezidenti Hüseyn Əl-Müsəlləm, WA vitse-prezidenti və Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva, EA vitse-prezidentləri Yosip Varvodiç və Erkan Yalçın, Asiya Olimpiya Şurasının Mərkəzi Asiya üzrə vitse-prezidenti Otabek Umarov, eləcə də, Belarus Üzgüçülük Federasiyasının prezidenti Olqa Brusnikina ilə görüşlər keçirib.

WA Konqresi Beynəlxalq Su İdman Növləri Federasiyasının ali idareətmə toplantısıdır. Burada üzv ölkələrin nümayəndələri iştirak edir və təşkilatın gələcək strategiyası və siyasəti, idarəetmə və struktur islahatları, beynəlxalq yarışlar və qaydalar müzakirə olunur. Adətən konqres dünya çempionatı və ya Olimpiya Oyunları zamanı təşkil edilir.

Konfransla paralel Sinqapurda su idman növləri üzrə dünya çempionatı keçirilir. Üzgüçülük üzrə Azərbaycan milli komandası bu yarışda Ramil Vəlizadə və Süleyman İsmayılzadə ilə təmsil olunub. Onları baş məşqçi Rəşad Əbdürəhmanov və məşqçi Ruslan Hətəmxanov müşayiət edir. Prezident milli komandayla görüşüb, ətraflı söhbət edib, idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, yarış 3 avqustadək davam edəcək. Ümumilikdə çempionatda 200-dan çox ölkədən 2500-dək idmançı iştirak edir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Futbol akademiyaları üçün 5 ulduz sertifikatlaşdırma modeli

Gimnastika
Bu gün, 13:25

Kişi və qadın idman gimnastikası üzrə 31-ci və 10-cu Açıq Bakı çempionatı keçiriləcək

Futbol
Bu gün, 13:20

Roma Meyson Qrinvudla məxrəcə gəlib

Futbol
Bu gün, 12:57

TRT şərhçisi İran-Yeni Zelandiya matçında səhv edib

Basketbol
Bu gün, 12:49

Azərbaycan qadın basketbolçuları Avropa Kubokuna vəsiqə qazandı

Tennis
Bu gün, 12:34

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Futbol
Bu gün, 12:20

Yuventus Jeremi Boqanın transfer hüququnu əldə edib

Olimpiada
Bu gün, 12:13

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun ikinci mərhələsi

Güləş
Bu gün, 11:58

Qubada ikinci Gilas Yarımarafonu keçirilib

Futbol
Bu gün, 11:28

Azərbaycan futbolçusu Ozan Can Kökçü “Vanspor”la iki illik müqavilə imzalayıb

Futbol
Bu gün, 11:28

Azərbaycan millisinin futbolçusu “Vanspor”la iki illik müqavilə imzalayıb

Futbol
Bu gün, 10:40

Tottenhem Sandro Tonali transferi ilə maraqlanır

Futbol
Bu gün, 10:28

Vozinya: Bir oyunla 50 mindən 5,5 milyona

Futbol
Bu gün, 10:20

Ozan Can Kökçü Tərkiyədə karyerasına davam edir

Qarabağ FK
Bu gün, 10:15

Avropa Liqasının püşkatması: Qarabağın rəqibi məlum olacaq

Futbol
Bu gün, 10:06

Sabahın ÇL-də rəqibi müəyyənləşəcək

Futbol
Bu gün, 09:40

DÇ-2026: I və J qrupunda bu günün oyunları

Futbol
Bu gün, 09:35

DÇ-2026-da altıncı gün: Fransa və Argentina qarşılaşır

Futbol
Bu gün, 09:20

Sabahın UEFA Çempionlar Liqası Rəqibi Müəyyənləşəcək

Futbol
Bu gün, 09:00

Qalatasaray "Şaxtyor"un iki futbolçusuna maraq dairəsində

Futbol
Bu gün, 08:19

Mourinyo Feliks Nmeçanı “Real”a gətirmək istəyir

Futbol
Bu gün, 08:02

DÇ-2026: İran və Yeni Zelandiya 2:2 hesablı heç-heçə etdi

Futbol
Bu gün, 07:58

Səudiyyə Ərəbistanı və Uruqvay 1:1 hesabı ilə barışdı

Futbol
Bu gün, 07:30

Pyer Saj "Kristal Pelas"ın baş məşqçisi təyin olunub

Oxşar xəbərlər