top
Vladimir Litvintsev 2026 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Idman.biz
22 sentyabr 2025, 17:29
- ↺ +

Vladimir Litvintsev 2026 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək

Azərbaycan 2026-cı il Qış Olimpiya Oyunlarında, Milan və Kortina-d"Ampeçso şəhərlərində keçiriləcək fiqurlu konkis üzrə yarışlarda yalnız bir idmançı – Vladimir Litvintsev ilə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, azərbaycanlı fiqurlu konkisürənlər Pekində keçirilmiş Olimpiya seçmə turniri ISU Skate to Milano zamanı əlavə kvotaları qazana bilməyiblər.

Qadınların təkfənd yarışında azərbaycanlı idmançı Nərgiz Süleymanova 142,55 xalla 12-ci yeri tutub (qısa proqram – 13-cü, sərbəst proqram – 15-ci). Qeyd etmək lazımdır ki, Süleymanova müəyyən mərhələdə texniki elementlərin icrası üzrə birinci yeri tutmuşdu, lakin çıxışının yenidən qiymətləndirilməsi nəticəsində 9 xal itirdi və bu, onun yekun reytinqdə daha yüksək mövqe tutmasına imkan vermədi.

Buz üzərində rəqs yarışında Samanta Ritter/Daniil Brykalov duet 125,63 xalla 17-ci yeri tutub (ritm-dans – 19-cu, sərbəst rəqs – 16-cı).

2026-cı il Olimpiadasına təkfənd qadınlar və buz üzərində rəqs yarışlarında seçilmək üçün azərbaycanlı idmançıların ilk beşlikdə yer tutması tələb olunurdu.

Kişi təkfənd və cütlüklər yarışında isə azərbaycanlı idmançılar Pekində iştirak etməyiblər.

Beləliklə, 2026-cı il Qış Olimpiya Oyunlarında Azərbaycanın fiqurlu konkis üzrə yeganə nümayəndəsi Vladimir Litvintsev olacaq. O, ABŞ-nin Boston şəhərində keçirilmiş dünya çempionatı nəticəsində Olimpiadaya vəsiqə qazanıb.

Olimpiadaya vəsiqə qazanmaq şansı Azərbaycan dağ xizəkçilərinə də məxsusdur. Onlar ilin sonuna qədər seçmə yarışlarda qüvvələrini sınayacaqlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

"Çelsi"nin futbolçusu qarət olundu

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Futbol
Bu gün, 08:40

Qış fasiləsində Neftçidən ayrılma planları yoxdur

Futbol
Bu gün, 08:17

Mbina: "Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi, həyata keçəcəyini düşünməmişdim"

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:50

"Napoli"nin aparıcı siması "Sabah"a qarşı oynamayacaq

Futbol
Bu gün, 07:40

"Marafon"a 3 xal qazandıran 3 qol - VİDEO

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:50

Barcelona ulduzları Bakıda oteldə yerləşdi

Futbol
Bu gün, 03:20

"Bursaspor" Toral Bayramova ehtiyac duymur - VİDEO

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Oxşar xəbərlər