"Barselona" Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi artıq paytaxtda qalacağı hotelə çatıb.
Komandanın üzvləri hotelə daxil olaraq yerləşiblər.
"Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.