"Çelsi"nin hücumçusu Emmanuel Emeqa Londonda qarət olunub. Hadisə futbolçunun şənbə günü "Lids"lə keçirilən ev oyunundan (1:4) sonra baş verib.
Niderlandlı hücumçu həmin qarşılaşmada ilk dəfə İngiltərə Premyer Liqasında start heyətində meydana çıxıb və London klubunda ilk qolunu vurub. Matçdan bir müddət sonra Emeqa restoranda olarkən onun avtomobilindən şəxsi əşyaları oğurlanıb.
Futbolçu bazar günü hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib: "Təəssüf ki, oyundan sonra qarət olundum. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm və heç kim xəsarət almayıb. Dəstək sözlərinə görə təşəkkür edirəm".
"The Athletic" nəşrinin məlumatına görə, avtomobildən şəxsi əşyalarla yanaşı, futbolçunun peşə fəaliyyəti ilə bağlı bəzi predmetlər də oğurlanıb. Mobil telefon isə avtomobildə qalıb. Hadisə ilə bağlı polisə şikayət edilib.
"Çelsi" hadisədən xəbərdar olduğunu və Emeqaya hərtərəfli dəstək göstərdiyini təsdiqləyib.