Türkiyə I Liqasında 15-ci tur yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi "Bursaspor", heyətində Mert Çelikin də yer aldığı "Sivasspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Çelik bütün matç ərzində meydanda olub, Bayramov isə ehtiyat oyunçular skamyasında qalıb.
Hazırda "Bursaspor" 35 xalla turnir cədvəlinə başçılıq edir, "Sivasspor" isə 13 xalla 18-ci pillədə qərarlaşıb.