top
Universiada-2027: İnnovasiya, Mədəniyyət və İdman Növlərinin Seçimi Idman.biz
26 iyul 2025, 14:30
- ↺ +

Universiada-2027: İnnovasiya, Mədəniyyət və İdman Növlərinin Seçimi

2027-ci ildə Cənubi Koreyanın Çunqçonq şəhərində keçiriləcək Universiadanın təşkilatçıları innovativ oyunlar vəd edirlər.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Universiada-2027-nin təqdimatı zamanı yarışlarda süni intellekt, 5G yayımı və qabaqcıl nəqliyyat idarəetmə sistemləri kimi müasir texnologiyalardan istifadə olunacağı bildirilib.

Bu sistemlər sayəsində tamaşaçılar stadionlara daha rahat yönləndiriləcək. Təşkilat Komitəsi bu yolla ənənə ilə innovasiyanı harmonik şəkildə birləşdirməyə çalışır.

Ekoloji davamlılıq da oyunların keçirilmə konsepsiyasının əsas sütunlarından biridir. Təşkilatçılar yeni tikintilər əvəzinə mövcud infrastrukturdan istifadə etməyə üstünlük verəcəklərini bildiriblər (hazırda yalnız tennis və gimnastika üçün iki yeni stadion inşa olunur). Eyni zamanda, ekoloji yerləşmə, tullantıların minimuma endirilməsi və təmiz qida məhsullarından istifadə ilə oyunların davamlı inkişafı təmin ediləcək.

Təşkilat Komitəsinin prezidenti Kan Çan Hi Çunqçonq regionunda multiformatlı tədbirin keçirilməsi planlarını təqdim edib.

Desentralizasiya konsepsiyasına uyğun olaraq, qonşu şəhərlər – Tecon, Secon, Çhunbuk və Çhunnam – birləşərək "Çunqçonq Metropolisi" adı altında vahid məkanda oyunlara ev sahibliyi edəcəklər.

Təşkilatçılar bildiriblər ki, oyunlar vasitəsilə dünyaya ənənə ilə idmanı birləşdirən "Koreya mədəniyyətinin yeni dalğasını" təqdim edəcəklər. Açılış və bağlanış mərasimlərində həm dünyada sevilən ənənəvi Koreya mədəniyyəti, həm də regional xüsusiyyətlər əks olunacaq.

Təşkilat Komitəsinin vitse-prezidenti Li Çan Sob deyir: "Çunqçonq Koreya yarımadasının mərkəzidir, buna görə həm Koreya, həm də yerli mədəniyyətə sahibik. Məsələn, bizim öz dialektimiz var və mədəniyyətimiz ölkənin digər bölgələrindən bir qədər fərqlidir".

O, həmçinin 2027-ci il Universiadasının proqramına daxil edilən üç əlavə idman növünün seçimi barədə danışıb: "Çimərlik voleyboluna gəlincə, oyunlarımızın keçiriləcəyi şəhərlərdən biri olan Boryeongdə məşhur palçıq festivalı təşkil olunur. Biz bu festivalı Universiada ilə birləşdirərək daha bayram əhvalı yaratmaq istəyirik.

Avarçəkmə üzrə artıq əla bazamız var və onu istifadə etməyi planlaşdırırıq. Qolf isə həm gənclər, həm də yaşlılar arasında populyardır. Bundan əlavə, bizim oyunçular bu idman növündə çox güclüdürlər və qızıl medal qazanacaqlarına inanırıq."

Zəki Feyzullaev, Essen (Almaniya)
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Oxşar xəbərlər