Azərbaycanın paraüzgüçüsü Raman Salai Sinqapurda keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
"Report" xəbər verir ki, idmançı bürünc mükafata sahib çıxıb.
O, 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 nəticə ilə üçüncü olub.
Qeyd edək ki, Raman Salai daha əvvəl qızıl, gümüş və bürünc medal da əldə etmişdi.