top
Nazim Babayev: Qosanov Memorialında texniki səbəblərdən daha yaxşı nəticə göstərə bilmədim Idman.biz
04 avqust 2025, 17:18
- ↺ +

Nazim Babayev: Qosanov Memorialında texniki səbəblərdən daha yaxşı nəticə göstərə bilmədim

Azərbaycan atleti Nazim Babayev Qazaxıstanın Almatı şəhərində keçirilmiş XXXIV Qosanov Memorialında texniki səbəblərə görə daha yüksək əyarlı medal qazana bilməyib.

İdman.biz xəbər verir ki, 27 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.

Uzunluğa tullanmada bürünc mükafata sahib çıxan Babayev yarış vaxtı özünü yaxşı hiss etdiyini deyib: "Növbəti dəfə bu turnirdə iştirak edirdim. Dünya Atletikasının bürünc səviyyəli yarışıdır. Əslində fikrim orada üçtəkanla tullanmada uğurlu çıxış etmək idi. Amma ilk gün uzunluğa tullanmada özümü sınamağı üstün tutdum və bürünc medal əldə etdim. Özümü yaxşı hiss edirdim. Turnirdə də bunu göstərmək istəyirdim. Texniki səbəblərə görə üçüncü pillədə qərarlaşdım. İlk cəhddə bu nəticəni göstərmişdim. Növbəti cəhdlərdə nəticənin daha yaxşı olacağını düşündüm. Amma texniki səbəblərdən çatışmazlıqlar oldu və bunu edə bilmədim".

Atlet Memorialın ikinci günündə üçtəkanla tullanmada mübarizə apardığını sözlərinə əlavə edib: "Amma əfsuslar olsun ki, hava şəraitinə görə çıxışım zəif alındı. Güclü yağış olsa da, turnir təxirə salınmadı. Belə vəziyyətdə zədə riski də yüksək olur. Amma təşkilatçılıq ümumilikdə yaxşı idi".

Qeyd edək ki, Nazim Babayev XXXIV Qosanov Memorialında 7.48 metr nəticə ilə bürünc medal qazanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Futbol
Bu gün, 00:18

Türkiyə Super Liqasının XIII turunda ilk oyunlar başa çatıb

Futbol
Bu gün, 00:10

Empoli, Raul Albiol'u Teknik Köməkçi olaraq işə götürəcək

Futbol
Bu gün, 00:08

"Konyaspor" və "Rizəspor"dan qələbə

Futbol
Bu gün, 00:00

Roma klubunun vingeri Matias Sule‑ni 55‑60 milyon avroya sata bilər

Futbol
Dünən, 23:57

Almaniyanın 2-ci liqasında çıxan müdafiəçi İngiltərə klublarını fırladıb

Güləş
Dünən, 23:45

Azərbaycan güləşinin zəngin irsi idman sərgisində təqdim edilir

Güləş
Dünən, 23:42

"Deflimpiyaçı güləşçilərimiz Ermənistanda altı medal qazandı"

Futbol
Dünən, 23:40

"Turan Tovuzda Kəpəzlə qarşılaşır, 200 Gəncə azarkeşi gəlir"

Minifutbol
Dünən, 23:21

"Dirk Kuyt "Fənərbağça"dan ayrılır, Belçikada "Leuven" klubunun baş məşqçisi olur"

Futbol
Dünən, 23:06

"Rizespor" və "Konyaspor" geri düşdükləri oyunları son dəqiqə qolları ilə qələbəyə çevirib

Futbol
Dünən, 23:00

Breno Neftçiyə qələbə qazandırdı

Futbol
Dünən, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Futbol
Dünən, 22:50

Arsenal İvan Fresnedanı almayı planlayır

Futbol
Dünən, 22:49

"Arsenal" "Komo"nun argentinalı yarımmüdafiəçisi Nico Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir

Futbol
Dünən, 22:49

"Mançester City "Arsenal"ı məğlub edə bilər"

Futbol
Dünən, 22:40

İmişli 3:1-ə məğlub, 10 oyunluq məğlubiyyət dövrü sona çatdı

Şahmat
Dünən, 22:35

Şahin Vəliyev Portuqaliyada Fransa favorisini məğlub etdi

Futbol
Dünən, 22:32

"Zirə" Neftçini 3:1 uduzdu – VİDEO və XRONOLOGİYA

Futbol
Dünən, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Dünən, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Dünən, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Dünən, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Futbol
Dünən, 22:17

"Çelsi" "Real Madrid"in geri alış hüququ olan "Komo"nun müdafiəçisi Yakobo Ramonla maraqlanır

Oxşar xəbərlər