top
MOK-dan Avropa Gənclər Olimpiya Festivalındakı çıxışlara münasibət Idman.biz
29 iyul 2025, 11:42
- ↺ +

MOK-dan Avropa Gənclər Olimpiya Festivalındakı çıxışlara münasibət

"Azərbaycan komandası üçün Olimpiya Festivalında qazanılan nəticəni qənaətbəxş hesab edirik. Amma düşünürük ki, nəticə bundan da yaxşı ola bilərdi".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) İdman idarəsinin müdiri Həsənağa Rzayev Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalını (EYOF) 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vuran Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan komandasının indiyədək EYOF-da bundan da yaxşı nəticələri olub: "2007-ci ildə Belqrad şəhərində 7 qızıl medala yiyələnmişdik. Onlardan dördü cüdoda, üçü isə atletika yarışlarında əldə olunmuşdu. Cüdo bizdə dayaq idman növü kimi qiymətləndirilir. EYOF-da hər zaman ən yüksək nəticələrimiz cüdoda olub. Ötənilkilərlə müqayisədə bu dəfə atıcılarımız da uğurlu çıxış etdilər. Gimnastlarımız da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar finala yüksəlmələrinə baxmayaraq, zədə və başqa səbəblərdən mükafatçılar sırasına düşə bilmədilər".

MOK rəsmisi bildirib ki, EYOF-dakı uğurlar gənc idmançılar üçün Olimpiya hədəflərinə çatmaq baxımından əhəmiyyətlidir: "Dostluq, hörmət, həmrəylik kimi Olimpiya dəyərlərini xüsusi vurğulamaq istərdim. Belə turnirlər sayəsində idmançılara yeniyetmə yaşlarından bu dəyərlər aşılanır. Atletlər kəndində qalır, bir çox idmançılarla ünsiyyətdə olurlar. Görürlər ki, ab-hava tamamilə fərqlidir. Yeni dostluqlar, yaxşı münasibətlər yaranır, əlaqələr genişlənir. Bununla da böyük təcrübə toplayırlar. Belə turnirlər gənc idmançılarımızın gələcəkdə Olimpiadalarda daha sərbəst və inamlı iştirak etmələrinə şərait yaradır.".

Qeyd edək ki, "Skopye-2025"də Avropanın 50 ölkəsindən 14-18 yaşarası 4 mindən çox idmançı 15 növ üzrə mübarizə aparıb. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər