top
Messi'nin anası Niko Pas'a oğlunun varisi demiş Idman.biz
Bu gün, 11:24
- ↺ +

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Niko Pas hazırda Argentina millisinin diqqət çəkən futbolçularından biridir. İtaliyanın "Komo" klubunda möhkəmlənən və milli komandada getdikcə daha böyük rol oynayan 22 yaşlı yarımmüdafiəçi ailəsindən gələn maraqlı açıqlamadan sonra gündəmə gəlib. Belə ki, Lionel Messinin anası Seliya Mariya Kuççittini gənc futbolçuya simvolik məna daşıyan bir ifadə işlədib.

İdman.Biz xəbər verir ki, bu barədə Niko Pasın əmisi Fabian Pas "La Red" radiosuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, hadisə oktyabrın 6-da "Monumental" stadionunda Argentina və Benin yığmaları arasında keçirilən, Lionel Messinin milli komanda forması ilə vida matçı hesab olunan qarşılaşmadan sonra baş verib.

Həmin gün emosional anlar yaşayan Messi paltardəyişmə otağından çıxarkən Niko Pas onun anası Seliya Kuççittini ilə qarşılaşıb. Qadın oğlunun Argentina millisindəki çıxışının başa çatmasına görə göz yaşlarını saxlaya bilməyib.

"Onlar bir-birini tanıdıqları üçün Niko onunla salamlaşmağa gedib. Messinin anası isə onun əlindən tutaraq deyib: "Sən mənim oğlumun varisisən", - deyə Fabian Pas bildirib.

O, qardaşı oğlunun bu sözlərə reaksiyasından da danışıb:

"Mən avtomobildə onu gözləyirdim. Niko çıxanda şokda idi. Mənə dedi: "Başıma gələnlərə inana bilmirəm".

Fabian Pas qardaşı oğlunun Messi ilə müqayisə olunmaqdan uzaq durduğunu da vurğulayıb.

"Niko çox sakit və sadə insandır. Onun fikrində Messinin varisi olmaq kimi bir düşüncə yoxdur. Onun üçün Messini tanımaq və onunla eyni meydanda oynamaq ən böyük xoşbəxtlik idi. Bu, artıq onun üçün zirvəyə çatmaq deməkdir", – deyə futbolçunun əmisi qeyd edib.

O əlavə edib ki, Tenerifedə böyüyən və karyerasının böyük hissəsini Argentinadan kənarda keçirən Niko ölkəsində gənc istedadların üzərindəki təzyiqi o qədər də hiss etmir. Futbolçu hələ də Argentinada bu idmana göstərilən böyük marağa təəccüblənir.

Qeyd edək ki, Niko Pas Argentina millisinin Kosta-Rika üzərində 7:0 hesablı qələbə qazandığı oyunda dubl edib. O, texnikası, meydanı görmək bacarığı və hücum potensialı ilə baş məşqçi Lionel Skaloni üçün komandanın əsas ümidlərindən birinə çevrilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Futbol
Bu gün, 09:08

Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim”

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Futbol
Bu gün, 09:00

Kristiano Ronaldo Yaxın Şərqdə “İlin Ən Yaxşı Futbolçusu” səsverməsində liderdir

Qarabağ FK
Bu gün, 08:40

Aleksey Kaşuk: Ukrayna milli komandasında debut – Ömrümün sonuna kimi xatırlayacağım günlər

Oxşar xəbərlər