top
Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı Idman.biz
Bu gün, 21:59
- ↺ +

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin Dakar-2026 Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında iştirak etməli olduğu yarışlardan biri ləğv edilib.

İdman.Biz xəbər verir ki, bu barədə üzgüçülük millisinin məşqçisi Ruslan Hətəmxanov məlumat verib.

Onun sözlərinə görə, suyun temperaturunun yüksək olması səbəbindən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışı proqramdan tamamilə çıxarılıb:

"Süleyman İsmayılzadə Dakar-2026-da üç - 200, 400 və 800 metr məsafə üzrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparmalı idi. Lakin suyun temperaturunun yüksək olması ilə əlaqədar 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları ləğv edildi. Maraqlıdır ki, yarışın vaxtı dəyişdirilmədi, birbaşa proqramdan çıxarıldı. İlk dəfədir belə bir halla qarşılaşırıq. Qərar heç kimlə müzakirə edilmədən qəbul edildiyi üçün bir qədər narazılıqla qarşıladıq. Həmin məsafədə mübarizə sabah başlamalı idi. Beləliklə, Süleyman Oyunlarda iki məsafədə çıxış edəcək".

Məşqçinin sözlərinə görə, Azərbaycan üzgüçülərindən ilk olaraq Məryəm Cavadova yarışa qatılacaq. O, noyabrın 2-də 100 metr məsafəyə sərbəst üsulla üzəcək.

Süleyman İsmayılzadə isə noyabrın 3-də 400, noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq.

Yarışlar "Tur de löf" idman kompleksində və Dakar Su İdmanı Mərkəzində keçiriləcək. Hər iki idmançımız artıq bu məkanlarda iki məşq edib. Ruslan Hətəmxanov hazırlıq prosesinin yaxşı getdiyini və komandada hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Dakar-2026-nın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abdulaye Vade stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan bayrağını Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Bu gün, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Bu gün, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Bu gün, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Bu gün, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Futbol
Bu gün, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Bu gün, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Bu gün, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Bu gün, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Bu gün, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Bu gün, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Bu gün, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Oxşar xəbərlər