İtaliyanın "Yuventus" futbol komandası ölkə çempionatının 12-ci turunda "Venetsiya"nı böyük hesabla məğlub edib. Turin təmsilçisi doğma meydanda keçirilən qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb.
İdman.Biz xəbər verir ki, "Allianz" stadionunda baş tutan görüşün ilk hissəsində hesab açılmayıb. Lakin fasilədən sonra meydan sahibləri cəmi 18 dəqiqə ərzində dörd qol vurublar.
Hesabı 53-cü dəqiqədə Nik Voltemade açıb. Altı dəqiqə sonra Tön Kopmeyners fərqi iki topa çatdırıb. 65-ci dəqiqədə Xuan Kabal üçüncü qolu vurub.
71-ci dəqiqədə isə Randal Kolo Muani penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 4:0.
Bu qələbədən sonra "Yuventus" xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində altıncı pilləyə yüksəlib. "Venetsiya" isə altı xalla 19-cu sırada qərarlaşıb.