top
Cəmi 2500 azarkeşin yadda saldığı Sumqayıt – Sabah: Qarabağın mövqeyi və 0:4-übənzər məğlubiyyət Sportinfo.az
Bu gün, 17:45
- ↺ +

Cəmi 2500 azarkeşin yadda saldığı "Sumqayıt" – "Sabah": "Qarabağ"ın mövqeyi və 0:4-übənzər məğlubiyyət

Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən "Sumqayıt" – "Sabah" görüşündən əvvəl tribunalardakı mənzərəni görəndə bir anlıq beynimdən bu sual keçdi - Hardasan, ay "Qarabağ"?

Qarşılaşmadan öncə rəqibin son çempion olması, hazırda Çempionlar Liqasında çıxış etməsi və cəmi beş gün sonra Bakıda "Barselona" ilə qarşılaşacaq olması ümid yaradırdı ki, bu mövsüm ilk dəfə əsas arenasına qayıdan "Sumqayıt"ın azarkeşləri oyuna daha böyük maraq göstərəcək.

Əvvəlki illərdə "Qarabağ"ın Sumqayıta səfərlərində tribunaların dolduğunu, hətta azarkeşlərin pilləkənlərdə oturmaq məcburiyyətində qaldığını görmüşük.

"Neftçi"nin bəzi oyunlarında da maraq kifayət qədər yüksək olub.

Təəssüf ki, bu dəfə eyni mənzərənin şahidi olmadıq. Qarşılaşmanı təxminən 2500 azarkeş izləyirdi.

Oyuna gəlincə, matça daha yaxşı başlayan tərəf "Sabah" oldu. Qonaqlar üstünlüyünü qolla da rəsmiləşdirdilər.

Lakin "Sumqayıt" təslim olmadı, mübarizəni davam etdirdi və hətta bərabərlik qolunu vurmağa nail oldu. Hər iki qolda müdafiəçilərin kobud səhv etdiklərini də unutmayaq.

Bərabərlik qolundan sonra daha maraqlı, daha gərgin qarşılaşma izləyəcəyimizi düşünmək olardı.

Ancaq 33-cü dəqiqədə Lukas Blekin qırmızı vərəqə alması meydan sahibləri üçün hər şeyin sonunu gətirmiş oldu.

Oyunun qırılma nöqtəsinin məhz bu epizod olduğunu söyləmək mümkündür.

Düşünürəm ki, hakim düzgün qərar verdi. Qısa müddət ərzində alınan iki sarı vərəqə də haqlı idi. Blek oynadığı mövqeyə görə daha diqqətli davranmalı olsa da, bunu bacarmadı.

Amma burada baş məşqçi Kandidonun da məsuliyyətini unutmaq olmaz. Belə rəqiblə qarşılaşmada daha sıx müdafiə qurmaq, rəqibin hücumları üçün boş sahələri minimuma endirmək vacib idi. Hər iki epizoda diqqət yetirsək, görərik ki, Blek qaydanı pozmasa, rəqib üçün böyük bir boş dəhliz yaranırdı. Arxadan sığortada isə heç bir futbolçu yox idi.

Halbuki müdafiə elə təşkil olunmalı idi ki, rəqibin bu cür boşluqlardan istifadə etmək imkanı minimuma ensin.

Azlıqda qalandan sonra "Sumqayıt" ciddi müqavimət göstərə bilmədi. Ardıcıl buraxılan qollar isə məğlubiyyətin darmadağına çevrilməsini qaçılmaz etdi.

Xəyal Əliyevin zədədən sonra belə dönüş etməsi sevindirici məqamdır. Millimizin üzvü qol vurdu, bir epizodda yaxşı reydlə də yadda qaldı. Severina baxımlı qolları ilə diqqət çəkdi. Puxacın vurduğu qolda isə topun ötürmə, yoxsa qapıya zərbə olduğunu müəyyənləşdirmək çətin idi. Hər bir halda, maraqlı qol alındığını söyləmək olar.

"Barselona" ilə oyun ərəfəsində bu qarşılaşma sanki "Sabah" üçün açıq məşq xarakteri daşıdı. Dambrauskasın yetirmələri növbəti üç xalı aktivlərinə yazmaqla "Neftçi" ilə xal fərqini də aradan qaldırdılar.

Artıq "bayquşlar" qarşıdakı beş günü rahat şəkildə "Barselona" ilə oyuna hazırlıqla keçirə bilərlər.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:48

Vernidub: "Araz-Naxçıvan" sonuncu yerə layiq deyil, komandamız daha çox qol vura bilərdi

Futbol
Bu gün, 17:34

Mahir Emreli 76 dəqiqə oynadı, “Rakov” qələbə qazandı

Qarabağ FK
Bu gün, 17:31

Kəpəz"-"Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir

Qarabağ FK
Bu gün, 17:30

"Kəpəz" - "Qarabağ" - CANLI YAYIM

Futbol
Bu gün, 17:26

Yuventus 18 dəqiqədə dörd qol vurdu - VİDEO

Futbol
Bu gün, 17:20

Mahir Emreli "Rakov"un Polşa çempionatında "Vidzev"i 3:1 məğlub etdiği qarşılaşmada oynadı

Futbol
Bu gün, 17:20

"Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm"

Futbol
Bu gün, 17:17

“Məyus edən hal o oldu ki…” – Vernidub

Futbol
Bu gün, 17:09

Renat Dadaşovun liderliyində Bukovina 3:1-ə Veresə qarşı qalib gəldi

Qarabağ FK
Bu gün, 17:07

“Qarabağ Lökbatan” və “Kür-Araz”dan səfər qələbəsi

Futbol
Bu gün, 16:56

Vernidub: Qolları buraxmamalıyıq

Futbol
Bu gün, 16:49

Azərbaycan 2-ci liqası 12-ci turunun hakim təyinatları elan edildi

Futbol
Bu gün, 16:37

Nəriman Axundzadənin ehtiyatda qaldığı oyunda “Erzurumspor” məğlub oldu

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:24

Neftçi Araz‑Naxçıvanı məğlub edərək turnir cədvəlində lider oldu

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Ronaldonun dünyada ən böyük heykəli ucaldıldı - Video

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Oxşar xəbərlər