top
Azərbaycan və Albaniya Olimpiya Komitələri arasında əməkdaşlıq imkanları müzakirə olunub Report.az
20 avqust 2025, 16:34
- ↺ +

Azərbaycan və Albaniya Olimpiya Komitələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytı məlumat yayıb.

MOK-un inzibati binasında Albaniyanın idman rəsmiləri ilə görüş olub.

Toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, MOK-un xarici əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirak ediblər.

Görüşdə Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması məsələləri müzakirə olunub.

Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə ətraflı məlumat verib.

Çingiz Hüseynzadə söhbət zamanı Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyətindən danışarkən bu idman növü üzrə də idmançılarımızın Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırdığını qeyd edib. O, həmçinin iki ölkə arasında memorandum imzalanmasından sonra yerli federasiyaların da daha sıx əlaqələr quracağına inandığını bildirib.

Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli bildirib ki, ölkəmizə budəfəki səfərinin əsas məqsədi Azərbaycan Milli Olimpiya Komitəsi və federasiyaları ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir:

"Bizim infrastrukturumuz sizin qədər geniş olmasa da, çox yaxşı əlaqələrimiz var. Bundan istifadə edərək əlaqələrimizi daha da genişləndirmək olar. Onu da qeyd etmək istəyirəm ki, biz bu görüşdən istifadə edərək, memorandumun imzalanma prosesini də müzakirə edə bilərik. Albaniya bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. İstərdik ki, birlikdə tərəfdaşlığımıza başlayaq və uğurla davam etdirək".

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti, Albaniya Ağırlıqqaldırma Fedeasiyasının prezidenti Astrit Hasani də Bakıda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycan və Albaniya arasındakı əlaqələrin, həmçinin, Avropa Olimpiya Akademiyasının ağırlıqqaldırma üzrə fəaliyyətinin də genişləndirilməsinin vacibliyini qeyd edib. Astrit Hasani həmçinin bildirib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının məsləhətçisi vəzifəsinə namizədliyi irəli sürülüb. O, eyni zamanda, Səbinə Rzayevanın isə beynəlxalq qurumun Gender Bərabərliyi Komissiyasının üzvülüyünə namizədliyinin irəli sürüldüyünü də diqqətə çatdırıb.

Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay Azərbaycan Gimnastika Federasiyası ilə olan əlaqədən danışaraq son dörd ildə təmsilçilərimiz arasında treninqlərin həyata keçirildiyini qeyd edib. O, bu tərafdaşlığın idmanın inkişafına və qarşılıqlı əlaqələrin genişlənməsində də böyük rol oynayacağını bildirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynazadə Azərbaycanda Gimnastika idman növünün də inkişaf etdiyini deyib. O, bildirib ki, gimnastika üzrə qrup hərəkətləri komandamız ötən il keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub: "İnanıram ki, ağırlıqqaldırma ilə yanaşı, gimnastika üzrə də əlaqələrimiz genişlənəcək",

Daha sonra MOK-un vitse-prezidenti memorandumda əks olunacaq məsələlərlə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Oxşar xəbərlər