top
Azərbaycan Komandası Almaniyada Universiadaya Hazırlaşır: Reyn-Rur Bölgəsi Ev Sahibliyi Edir Idman.biz
16 iyul 2025, 15:13
- ↺ +

Azərbaycan Komandası Almaniyada Universiadaya Hazırlaşır: Reyn-Rur Bölgəsi Ev Sahibliyi Edir

Azərbaycan komandası bu gündən etibarən Almaniyanın Reyn-Rur bölgəsində start götürəcək Universiadaya uyğunlaşmağa başlayıb.

İdman.biz xəbər verir ki, bu idman tədbirinin keçirilməsi üçün Avropanın həm tarixi, həm də mədəni baxımdan maraqlı və dinamik bölgələrindən biri seçilib.

Reyn-Rur bölgəsi Qərbi Almaniyanın böyük bir hissəsini əhatə edir. Yarışları qəbul edən şəhərlər - Boxum, Duysburq, Essen, Mülheym və Hagen şəhərləri ilə yanaşı bura Şimali Reyn-Vestfaliya əyalətinin paytaxtı Düsseldorf da daxildir. Ən tanınmış şəhərlərdən biri Kölndür – əhalisi bir milyonu keçib və məşhur Köln kafedralı ilə tanınır. Digər məşhur şəhər isə "top" klubu "Borussiya" ilə tanınan Dortmunddur.

Universiada şəhərlərinin hamısı keçmiş Rur hövzəsinin bir hissəsində yerləşir. Bura Almaniyanın ən böyük şəhər aglomerasiyasıdır və əhalisi 5 milyondan çoxdur. Bu şəhərlər qərbdən şərqə doğru bir-birinə birləşmiş şəkildə yerləşir və qonaqlar bir şəhərin digərini əvəz etməsini, əsasən, yol nişanlarından anlayırlar. Region adını buradan axan Rur çayından alıb. Bu çay əvvəllər kömür və sənaye məhsullarının ucuz və səmərəli daşınmasına imkan verirdi.

Rur bölgəsi yüzilliklər boyu mədən sənayesinin təsiri altında inkişaf edib.

Hazırda region sənaye və ticarətin əsas mərkəzlərindən biri olsa da, onun inkişafına təkan verən əsas amil kömür hasilatı olub. XIX əsrdə zəngin kömür və filiz yataqları, polad istehsalı və emal sənayesi bu ərazini Avropanın ən böyük sənaye aglomerasiyalarından birinə çevirmişdi. Mədən sənayesi regionun həm iqtisadi, həm də mədəni simasını formalaşdırmış, yerli əhalinin düşüncə tərzinə təsir etmişdi. Artıq bu sahə fəaliyyətini dayandırsa da, şəhərlər bir vaxtlar ətrafında genişləndikləri zavod və mədənlərdən izini daşıyırlar. Sənaye inkişafı dövründə Rur bölgəsinə Almaniyanın digər yerlərindən və xarici ölkələrdən – xüsusilə Polşa, Türkiyə, İtaliya və Yunanıstandan – çoxlu insanlar köç etmişdi. Bu səbəbdən bu gün də bölgədə müxtəlif mədəniyyətlərin yanaşı yaşaması müşahidə olunur.

Essen şəhəri bölgədəki dəyişiklik və yeniliklərin simvolu sayılır. Burada bir zamanlar dünyanın ən böyük kömür mədəni olan Zollverein yerləşir. Hazırda bu obyekt UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bu və digər sənaye obyektləri artıq mədəniyyət mərkəzləri, muzeylər və tədbir məkanlarına çevrilib.

Bu gün isə region elm, tədqiqat və universitet mərkəzi olub. Müxtəlif məlumatlara görə, burada doqquzdan çox universitet və texniki kolleclə yanaşı bir neçə texnologiya mərkəzi də fəaliyyət göstərir.

Universiadanın əsas yarışlarının keçiriləcəyi şəhər də məhz Essen olacaq və Azərbaycan komandası da burada yerləşib. İdmançılar bu gün ilk məşqlərinə başlayıblar və yaxın vaxtlarda yarışlara qoşulacaqlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Oxşar xəbərlər