top
Azərbaycan idmançıları Universiadada müxtəlif idman növləri üzrə yarışlara başlayırlar Idman.biz
17 iyul 2025, 10:00
- +

Azərbaycan idmançıları Universiadada müxtəlif idman növləri üzrə yarışlara başlayırlar

Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada çıxışa başlayırlar.

İdman.biz xəbər verir ki, bu gün bədii gimnastika, qılıncoynatma, badminton, stolüstü tennis, tennis və üzgüçülük üzrə yarışlar start götürür.

Bədii gimnastikada fərdi çoxnövçülükdə İlona Zeynalova və Kamilla Seyidzadə çıxış edəcək, qruplar arasında mütləq birincilikdə isə Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət komandamız bacarığını nümayiş etdirəcək.

Badmintonda qarışıq komandalar arasında yarışlar keçiriləcək. Qrup mərhələsində Azərbaycan komandası Tailand və Avstraliya ilə qarşılaşacaq. Komandamızın heyətində Həcər Nuriyeva, Aqil Qabilov, Nigar Səmədova və Murad Şabanzadə yer alıblar.

Qılıncoynatmada idmançılarımız qrup mərhələsi qarşılaşmalarına çıxacaqlar. Qadınlar arasında şpaqa növündə Aynur Quliyeva, Nəzilə Rəhimova və Xədicə Həsənli, kişilər arasında sablya növündə isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov mübarizə aparacaqlar.

Stolüstü tennis yarışlarında Xədicə Əbilzadə, Nigar Məhmudova, Səbinə Məmmədova və Zemfira Mikayılovadan ibarət qadın komandamız qrup mərhələsinin ilk oyununda Cənubi Koreya ilə qarşılaşacaq. Kişilərdən ibarət kollektivimiz (Amin Oruczadə, Nihad Səmədzadə, Tural Mirzəyev) isə ABŞ komandası ilə üz-üzə gələcək.

Tennis yarışlarında Elvin Həşimov zambiyalı Nakalanqa Hamayanqve ilə qarşılaşacaq.

Üzgüçülük proqramında Fətimə Əlkərəmova, Əbdürəhman Rüstəmov və Ramil Vəlizadə 50 metr məsafəyə batterflay üsulu ilə yarışda çıxış edəcəklər. Səid Həmidov isə 100 metr məsafəni arxası üstə üzəcək. Həmçinin kişilər arasında 4x100 metr sərbəst üsulla estafet yarışı da keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Bu gün, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Bu gün, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Bu gün, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Bu gün, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Futbol
Dünən, 22:44

João Pedro zədə səbəbindən Braziliya millisinin dostluq oyunlarından çıxarıldı

Boks
Dünən, 21:54

Avropa çempionatının püşkündə Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşdirilib

Futbol
Dünən, 21:30

İngiltərə qapıçısı Din Henderson “Kristal Palace”la 2030-cu ilə qədər müqaviləsini uzatdı

Futbol
Dünən, 20:06

Sumqayıt FK-nın yeni kapitanı İsa Suliman olaraq təyin olundu

Futbol
Dünən, 17:39

“Kəpəz” stadionda pirotexniki vasitə istifadə edən azarkeşə xəbərdarlıq edib və cərimə kəsdi

Digər
Dünən, 17:08

FHN-in karate komandası Budapeştdə keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medallar qazandı

Futbol
Dünən, 16:21

“Neftçi” Azərbaycan çempionatında 1000-ci oyununa çıxacaq - VIDEO

Qarabağ FK
Dünən, 16:08

Bense Varkonyi: “Qarabağ”a keçid və Macarıstan milli dəvəti karyeramda yeni mərhələdir

Basketbol
Dünən, 13:10

"Naxçıvan" basketbol klubu Jamaal Brantley ilə birillik yeni müqavilə imzaladı

Futbol
Dünən, 13:00

Kəpəz yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət aldı

Futbol
Dünən, 12:56

“Qəbələ”nin yeni baş məşqçisi Şimali Makedoniyalı Yeton Bekiri oldu

Futbol
Dünən, 12:12

Messi Argentina milli komandası ilə vidalı dostluq oyununa çıxacaq

Futbol
Dünən, 12:05

Azərbaycanın 19 yaşadək qız futbol millisi Moldovaya 5-3 hesabıyla məğlub oldu;

Futbol
Dünən, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Dünən, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Dünən, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
15 sentyabr 2026, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
15 sentyabr 2026, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
15 sentyabr 2026, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Oxşar xəbərlər