top
Avarçəkmə üzrə Prezident Kuboku 2026 ilk dəfə Sərsəngdə başlayacaq, sonra Mingəçevir və Suqovuşanda davam edəcək Idman.biz
16 aprel 2026, 15:04
- ↺ +

Avarçəkmə üzrə "Prezident Kuboku 2026" ilk dəfə Sərsəngdə başlayacaq, sonra Mingəçevir və Suqovuşanda davam edəcək

Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 27 aprel - 1 may aralığında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir "Döngə" qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. "Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:40

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Dünən, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Futbol
Dünən, 22:30

Postekoğlu jurnalistin Manenin yoxluğuna dair sualına sərt reaksiya verdi

Digər
Dünən, 22:30

Fərid Qayıbov Avropa Oyunları müzakirələrində

Futbol
Dünən, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Digər
Dünən, 22:20

Azərbaycanlı gənc məşqçini Avropa ölkəsinə kim dəvət edib? - VİDEO

Futbol
Dünən, 22:19

Barselona “Sabah” ilə oyun öncəsi məşqçi Flikin qərarlarına narazılıq

Futbol
Dünən, 22:10

Neftçi – Zirə matçı üçün biletlər satışa çıxdı

Futbol
Dünən, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı;

Futbol
Dünən, 22:07

“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı

Futbol
Dünən, 22:00

Çempionlar Liqasının əsas favoritlərinin reytinqi - PSJ 1-cidir

Futbol
Dünən, 22:00

Qışda yeni transferlərə ehtiyac görmürlər - Prezidentdən AÇIQLAMA

Oxşar xəbərlər