"Əl-Nəsr"in baş məşqçisi Angelos Postekoğlu hücumçu Sadio Manenin övladının dünyaya gəlməsi ilə əlaqədar komandada olmaması barədə jurnalistin sualına kəskin cavab verib.
Sportify.az xəbər verir ki, avstraliyalı mütəxəssis futbolçunu müdafiə edərək ailəsinin yanında olması üçün ona şəxsən icazə verdiyini bildirib.
"Özün atasan? Övladların var? Yox? Yəqin ki, buna görə belə sual verdin. Çünki övladın olanda başa düşəcəksən ki, həyatda ən vacib şey məhz budur. Bu, həyatın ən böyük nemətidir.
O, həyat yoldaşı doğuş edərkən onun yanındadır. Başa düşdün? Həyatda bundan vacib heç nə yoxdur. Bəli, mən ona icazə vermişəm və xeyir-duamı vermişəm.
Sadio Mane dünyanın ən yaxşı insanlarından biridir. Heç vaxt onun özünü və ya bu futbol klubuna sədaqətini şübhə altına alma", – deyə Postekoğlunun sözlərini “ESPN UK” X sosial şəbəkəsində yayıb.