Misli Premyer Liqasının XIV turunda keçiriləcək "Neftçi" – "Zirə" matçının biletləri satışa çıxarılıb.
Sportify.az xəbər verir ki, biletləri "Neftçi"nin mobil tətbiqindən və klubun rəsmi bilet satış saytından onlayn əldə etmək mümkündür.
Hazırda satışda olan biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3 və 15 manat təşkil edir. Qərb 2 sektoruna biletlər 2 manat, Banişevski alt sektoruna 3 manat, VIP Silver 1, VIP Silver 2 və VIP Family sektorlarına isə 15 manatdır.
Şimal 1, Şimal 2, Qərb 1, Forza, Şərq 1 və Şərq 2 sektorlarına biletlər 2 manata, Banişevski üst sektoruna 3 manata, VIP Gold sektoruna isə 20 manata daha sonra satışa çıxarılacaq.
Fiziki biletlərin satışı oyun günü saat 14:00-dan etibarən stadionun kassasında başlayacaq.
Qeyd edək ki, noyabrın 27-də "Palms Sports Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Bu mövsüm “Neftçi” yeganə məğlubiyyətini ilk dövrədə “Zirə”dən alıb – 0:1.
