top
Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi Sportinfo.az
Dünən, 23:40
- ↺ +

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Milli komandamız Millətlər Liqasının ardınca Andorra yığmasını da yoxlama görüşündə 3:1 hesabı ilə məğlub etdi.

Müsbət məqam ondan ibarət idi ki, komandada qələbə mentaliteti davam etdi. Hər nə qədər rəqib dişimizə uyğun olsa da, qələbə qələbədir. Milli komandamız 3:1 hesabı ilə qalib gəldi. Arzu edək ki, bu qələbə immuniteti yığmamızda formalaşsın.

Amma nəticədən daha vacib məqam var idi. Bu, yoxlama oyunu idi və qalib gəlməsəydik belə, əsas məsələ heyətə dəvət olunan gənc futbolçuların hamısını meydanda görmək idi. Xüsusilə Eşqin Əhmədovun debüt oyununda qol vurmasını qeyd etmək lazımdır. O, həm fərqləndi, həm də cinahda çıxışı ilə xoş sözlərə layiq olduğunu göstərdi. Murad Məmmədov, Ağadadaş Salyanski, Nihad Əhmədzadə kimi gəncləri də meydanda gördük. Ümid edək ki, bu futbolçular gələcəyimiz ola bilərlər. Təbii ki, sadəcə forma geyinmək xatirinə yox, milli komandada real rəqabət yaradacaq səviyyəyə yüksələrək.

Emin Mahmudov isə milli komanda ilə vidalaşdı. Açığı, buna çox üzüldüm. Düzdür, son iki-üç ayda Eminin formasında müəyyən eniş var idi. Bu da daha çox zədələri ilə bağlı idi. Bildiyim qədərilə, bir çox oyunda iynə gücünə meydana çıxırdı. Amma düşünürəm ki, əgər zədəsi ciddi təhlükə yaratmırdısa və imkan verirdisə, daha bir mövsüm, yaxud bir il milli komandada davam etməsi yaxşı olardı.

Hazırda futbolumuzun ən yaxşı futbolçusunun Emin Mahmudov olduğunu düşünürəm. Təbii ki, son aylardakı zədə problemlərini nəzərə almasaq. Ona gələcək həyatında və karyerasında uğurlar arzulayıram. Emin futbolumuz üçün çox dəyərli sima, dəyərli fiqurdur. Milli komandamızın ən çox qol vuran futbolçusu kimi, bombardir statusunda yığmadan ayrıldı.

Təəssüf ki, cəmi dörd dəqiqə də meydanda qalsaydı, bəlkə də penaltidən qol vuraraq göstəricisini yaxşılaşdıra və millidən qolla ayrıla bilərdi. Bu da üzücü məqam oldu.

Nəticə sevindirə bilər, gənc futbolçularımızın şans qazanması da müsbət haldır. Amma problemlərimiz də az deyil.

Andorra ilə oyunun üzərində geniş dayanmaq istəmirəm. Ancaq rəqibin vurduğu qola baxıb papağımızı qabağımıza qoymalı, ciddi düşünməliyik. Belə aşağı səviyyəli rəqibin futbolçusu sanki müdafiə xəttimiz yoxmuş kimi bir neçə oyunçumuzu arxada qoyaraq fərqləndi. Görəsən, müdafiə xəttimiz nə işə baxırdı?

Şahruddin Məhəmmədəliyevin də həmin epizodda səhvi var idi. Məncə, qapıçı zərbəni həmin istiqamətə qaytarmamalı, topu kənara çıxarmalı idi.

Ümumiyyətlə, Emin Mahmudovla yanaşı, Rahil Məmmədov, Şahruddin Məhəmmədəliyev kimi futbolçularla da millidə yolları ayırmağın vaxtı çatıb. Yeni mərhələyə keçmək lazımdır.

Rahil Məmmədovun milliyə çağırılması mənim üçün anlaşılmaz qərardır. Bu futbolçunun milli komandada nə işi olduğunu başa düşmürəm. O, "Turan Tovuz"da demək olar ki, oynamır, çox nadir hallarda şans qazanır. Sanki qəribə bir paradoks yaranıb: Rahil milli komandada forma geyinir, sonra gedib "Turan Tovuz"da Kurban Berdiyevə kömək edir. Halbuki əksi olmalıdır. Futbolçu əvvəlcə klubunda forma geyinməli, yaxşı çıxışı ilə milliyə dəvət alaraq yığmamıza kömək etməlidir. Andorrada da Rahil bir çox epizodda kobud səhvləri ilə yadda qaldı.

Bəli, D Liqasında qrupumuzun qalibi olmaq hədəfinə çatdıq. Amma reallığı da qəbul etməliyik: artıq D Liqasında qrup qalibi olmağın əvvəlki kimi əhəmiyyəti yoxdur. Çünki növbəti mövsümdən D Liqası ləğv olunur və hazırda bu divizionda çıxış edən bütün komandalar C Liqasında mübarizə aparacaqlar.

Bizim üçün daha prioritet məsələ başqa olmalıydı.

D Liqasında ən yaxşı nəticə göstərən komanda Avropa çempionatı-2028-in pley-off mərhələsində iştirak etmək şansı qazanacaqdı. Bu, artıq millimiz üçün yeni hədəf olmalı idi. Qrup liderliyini kənara qoyub məhz bu məqsəd uğrunda mübarizə aparmalıydıq. Şanslarımız da kifayət qədər böyük idi.

Bəli, evdə Lixtenşteynlə oyunda faciə yaşadıq. Futbolda belə hallar olur. Lixtenşteynin Portuqaliya, Finlandiya, Ermənistan kimi komandalarla oyunlarda da heç-heçələri və gözlənilməz nəticələri olub. Deyək ki, belə bir uğursuzluq yaşadıq. Amma sonrakı oyunlarda bunu sığortalamaq mümkün idi. Litva və Lixtenşteyn səfərlərində qələbə qazanmaq qrup liderliyimiz üçün kifayət etdi.

Ancaq D Liqasının qalibi olmaq üçün Maltanı da qabaqlamalıydıq. Bunu bacarmadıq. Halbuki sonuncu Lixtenşteyn matçında hər şey öz əlimizdə idi. Daha bir qol vursaydıq, divizionun qalibi ola bilərdik. Maltadan daha yaxşı nəticə göstərməklə tariximizdə ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə yüksəlmək şansı qazanacaqdıq.

Bəzən şərhlərdə yazırlar ki, guya pley-offa vəsiqə qazansaq, nə dəyişəcək? Əlbəttə, şanslarımız az idi. Bu, bizə birdən-birə böyük uğur qazandırmayacaqdı. Amma ən azı tarixi bir nailiyyətə imza atmaq, həmin hissləri və həyəcanı yaşamaq imkanımız olacaqdı.

Təəssüf ki, futbolçularımız buna imkan vermədilər. Lixtenşteynlə oyunun son 15 dəqiqəsində futbolçularımız vaxt uzatmaqla məşğul oldular. Emil Balayev vaxtı uzatdığına görə sarı vərəqə aldı, Mahir Emreli isə künc bayrağının yanında vaxt keçirməyə çalışırdı.

Bilmirəm, futbolçularımız belə bir şansımızın olmasından xəbərsiz idilər, ya yox. Amma istənilən halda, həmin oyundan sonra da bildirmişdim ki, bu, utancverici haldır. Milli komandamızın Lixtenşteynlə matçda hesabı qorumaq üçün vaxt uzatması qəbuledilməz idi.

Əvvəla, ona görə ki, qarşımızda belə bir tarixi fürsət var idi və biz bundan maksimum yararlanmalıydıq. Həmin oyunda məqsədimiz mümkün qədər çox qol vurmaq olmalı idi. Hətta Avropa çempionatının pley-off məsələsini bir kənara qoysaq belə, Lixtenşteynlə qarşılaşmada niyə vaxt aparmalısan? Sən bu rəqibə qarşı maksimum nəticə üçün mübarizə aparmalısan.

Təəssüf ki, futbolçularımız yanlış qərar verdilər. Biz Lixtenşteynə lazım olan qolları vurmalı, lazımi xalları toplamalı və D Liqasının qalibi olmalı idik. Bunu bacarmadıq. Nəticədə qrup liderliyi də öz əhəmiyyətini itirdi.

Cəbəllütariq Maltadan xal aldı və oyun 1:1 hesabı ilə başa çatdı. Bu, bizim arzuladığımız nəticə idi. Amma Cəbəllütariqin bacardığını milli komandamız bacarmadı. Halbuki daha bir qol vurmaqla indi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə apara bilərdik. Ən azı həmin hissləri, həyəcanı yaşamaq şansımız olardı.

Düşünürəm ki, futbolçularımız Lixtenşteynlə oyunun son 15 dəqiqəsini hələ uzun müddət xatırlayacaqlar. Bəlkə də həmin epizodlara yenidən baxıb utanacaqlar, özlərinə sual verəcəklər: biz niyə belə etdik?

Bu, çox uğursuz qərar, çox yanlış addım idi. Həmin dəqiqələrdə vaxtı öldürməyə, hesabı qorumağa çalışmaq əvəzinə, qol vurmaq barədə düşünməli idik.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Dünən, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Futbol
Dünən, 22:30

Postekoğlu jurnalistin Manenin yoxluğuna dair sualına sərt reaksiya verdi

Digər
Dünən, 22:30

Fərid Qayıbov Avropa Oyunları müzakirələrində

Futbol
Dünən, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Digər
Dünən, 22:20

Azərbaycanlı gənc məşqçini Avropa ölkəsinə kim dəvət edib? - VİDEO

Futbol
Dünən, 22:19

Barselona “Sabah” ilə oyun öncəsi məşqçi Flikin qərarlarına narazılıq

Futbol
Dünən, 22:10

Neftçi – Zirə matçı üçün biletlər satışa çıxdı

Futbol
Dünən, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı;

Futbol
Dünən, 22:07

“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı

Futbol
Dünən, 22:00

Çempionlar Liqasının əsas favoritlərinin reytinqi - PSJ 1-cidir

Futbol
Dünən, 22:00

Qışda yeni transferlərə ehtiyac görmürlər - Prezidentdən AÇIQLAMA

Futbol
Dünən, 21:50

Çili Futbol Assosiasiyası hakim Montserrat Maturanaya ayrı-seçkilik və əsassız işdən çıxarılma iddiası üzrə 16 milyon pesosu ödədi

Digər
Dünən, 21:44

Argentina millisinin baş məşqçisi Lionel Skaloni velosiped üzrə dünya çempionatına vəsiqə qazanıb

Oxşar xəbərlər