Asiya Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunda Cənubi Azərbaycan təmsilçisi “Traktor” Birləşmiş Ərəb Əmirliklikləri klubu “Əl-Vəsl”i qəbul edib.
Sportify.az xəbər verir ki, meydan sahibləri 1:5 hesabı ilə məğlub olublar.
18-ci dəqiqədə “Traktor”dan Mohammed Danesgər qırmızı vərəqə alıb. Ərəblərdən Mehdi Taremi dubl etdiyi halda, Palasios, Qabriel Vareta və Renato Junior rəqib qapısına yol tapıblar. Meydan sahiblərindən Əmirhossein Hosseinzadənin qolu isə təsəllidən başqa bir işə yaramayıb.
“Traktor” 2 xalla 16 komandası arasında 15-cidir. “Əl-Vəsl” isə 6 xalla 8-ci pilləyə yüksəlib.