top
Yunan-Roma güləşçiləri fiziki hazırlığa üstünlük verir Sport24.az
23 yanvar 2026, 21:56
- ↺ +

Yunan-Roma güləşçiləri fiziki hazırlığa üstünlük verir

Yunan-Roma güləşi üzrə milli komandanın Göygöl toplanışı davam edir. Sport24.az xəbər verir ki, yanvarın 14-də startı verilən hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir.

 

Baş məşqçi Məhəmməd Bəna toplanışın gedişi, qarşıdakı yarışlar və planlarla bağlı açıqlama verib: "Biz toplanışlarımıza başladıq. İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir və bu aralıqda müxtəlif yarışlar var. Albaniyadakı reytinq turniri, U23 Avropa çempionatı və nəhayət, aprelin 20-də başlayacaq böyüklər arası Avropa çempionatı. Bu müddət ərzində 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Ondan sonra da müxtəlif yarışlar və toplanışlar davam edəcək. Allahın köməkliyi ilə dünya çempionatına qədər ən yüksək formaya çatarıq.

 

İndi işin başlanğıcıdır və bu, daha çox məşqçilər heyəti ilə güləşçilərin bir-birini tanıması üçündür. Nəticə etibarilə məşq prosesimiz hazırlıq səviyyəsinin günbəgün artmasına yönəlib ki, inşallah, müxtəlif yarışlara tam hazır olaq.

 

Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir. Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Mən uzun illərdir Azərbaycan güləşini tanıyıram. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir.

 

Fiziki və texniki hazırlıq yaxşıdır, amma bəzi incə detallar var. Psixoloji hazırlığı da əlavə etsək, bu 3 hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi müxtəlif yarışlarda uğur qazansınlar.

 

İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. İnşallah, orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Daha sonra il ərzində digər yarışlarda iştirak edəcəyik.

 

Bu il üçün hədəflərimizi iki mərhələyə bölmüşük. Hazırda tanışlıq və hazırlıqdan başlayırıq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. İnşallah, dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Oxşar xəbərlər