Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musialanın əvvəlki zədəsi təkrarlanıb.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçunun bud nahiyəsində əzələ liflərinin yırtılması aşkarlanıb.
Almaniya millisinin üzvü Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda noyabrın 25-də "Lill"lə keçirilən qarşılaşmada zədələnib. Onun dörd-altı həftə meydanlardan kənarda qalacağı gözlənilir.
Musiala noyabrın 20-də Bundesliqada "Köln"lə keçirilən görüşdən sonra bud nahiyəsində narahatlıq hiss etsə də, Fransa təmsilçisi ilə qarşılaşmada iştirak etmək qərarına gəlib.
Xatırladaq ki, yarımmüdafiəçi təxminən iki aylıq fasilədən sonra məhz "Köln"lə matçda meydana qayıtmışdı.