İngiltərənin «Mançester Yunayted» klubu portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeşin müqaviləsinin müddətini 2028-ci ilin yayına qədər uzadıb.
«Report» xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.
Əvvəlki sözləşmənin müddəti gələn ilin yayında başa çatmalı idi.
Brunu Fernandeş 2020-ci ildən «Mançester Yunayted»də çıxış edir. O, «qırmızı şeytanlar»ın heyətində İngiltərə Kubokunun və Liqa Kubokunun qalibi olub.
Yarımmüdafiəçi karyerası ərzində İtaliyanın «Udineze» və «Sampdoriya», eləcə də Portuqaliyanın «Sportinq» klublarında çıxış edib. «Sportinq»lə iki dəfə Portuqaliya Liqa Kubokunu, bir dəfə isə ölkə kubokunu qazanıb.
Fernandeş Portuqaliya millisinin heyətində də iki dəfə – 2019 və 2025-ci illərdə Millətlər Liqasının qalibi olub.