top
Sabahın hansı heyətlə oynamasına önəm vermirik – Araz-Naxçıvanın ispaniyalı legioneri Sportinfo.az
Bu gün, 19:40
- ↺ +

"Sabah"ın hansı heyətlə oynamasına önəm vermirik – Araz-Naxçıvanın ispaniyalı legioneri

"Araz-Naxçıvan"ın düşərgəsində növbəti oyunla bağlı böyük inam var.

Komandanın futbolçu və məşqçi heyəti qələbəsizlik sindromuna bu həftə son qoyacaqlarına ümid edir.

Rəqib üç gün əvvəl Çempionlar Liqasında "Barselona" ilə qarşılaşan, son ölkə çempionu və Azərbaycan Kubokunun qalibi "Sabah"dır.

Naxçıvan təmsilçisi ilk dövrədə keçirilən qarşılaşmada da güclü rəqibinə dişini göstərməyi bacarmışdı. Qəbələdə keçən gərgin oyunda "bayquşlar" 1:0 hesabı ilə qalib gəlmişdi.

Komandanın ispaniyalı legioneri Alberto Fernandes Sportinfo.az-a açıqlamasında ilk qələbəni qazanacaqlarına inamını gizlətməyib:

"Ümid edirəm ki, ilk qələbəmizi qazanacağıq. Bunun üçün hamımız birlikdə çalışırıq. "Sabah"ın güclü rəqib olduğunu bilirik, lakin 3 xalı əldə etmək üçün əlimizdən gələni edəcəyik".

27 yaşlı yarımmüdafiəçi "Sabah"ın "Barselona" ilə qarşılaşmadan sonra yorğun olmasına xüsusi önəm vermədiklərini deyib, bunu onların geniş heyətə malik olması ilə əlaqələndirib:

"Sabah" kimi böyük komandanın kifayət qədər geniş və keyfiyyətli heyəti var. Meydana kimin çıxmasından asılı olmayaraq, hər bir futbolçunun səviyyəsi yüksəkdir.

Bu da onlara rotasiyalar aparmağa və bəzi oyunçulara istirahət verməyə imkan yaradır. Çünki meydana daxil olan futbolçunun səviyyəsi əvəzlədiyi oyunçu ilə eynidir.

Bununla belə, biz öz oyunumuz barədə düşünürük və ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin hansı heyətlə oynamasına önəm vermirik".

Noyabrın 28-də "Sabah Arena"da keçiriləcək "Sabah" – "Araz-Naxçıvan" qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:00

Mahir Əmrəlinin şərhi Cəlilabaddakı biologiya müəllimini şagirdləri Lənkərana aparmağa məcbur etdi

Futbol
Bu gün, 19:58

"Mançester Yunayted, kapitan Bruno Fernandeşi 2028-ə qədər müqaviləsini uzatdı"

Futbol
Bu gün, 19:56

Balde'nin Barselona'dan ayrılma ehtimali yüksəlir

Futbol
Bu gün, 19:53

«İnter'in» müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasında «Ştutqart'a» qarşı matçda zədələnərək təxminən üç həftə meydandan kənarda qalacaq

Futbol
Bu gün, 19:50

"Bavariya" Camal Musialanın sağ bud əzələsində zədə aşkarlandığını təsdiqlədi

Futbol
Bu gün, 19:50

Keçmiş "Valensiya" futbolçusu Rafa Mirin cinsi zorakılıq üzrə həbs cəzası 7 ilə endirildi

Futbol
Bu gün, 19:40

"Sabah"ın "Barselona" ilə oyunda zədələnən Akim Zedadkanın zədəsi ciddi deyil

Futbol
Bu gün, 19:26

Poqba "Mançester Yunayted"ə "Arsenal"ın təcrübəsindən yararlanmağı məsləhət gördü

Futbol
Bu gün, 19:20

Neftçi - Zirə canlı yayım başladı

Futbol
Bu gün, 19:14

Jamal Musiala bud əzələsinin təkrarlanan zədəsi səbəbindən təxminən altı həftəyə meydandan kənarda qalacaq

Futbol
Bu gün, 19:11

"Barselona" 2027-ci ildə Holandın transferini nəzərdən keçirir – agenti Laporta ilə yaxşı münasibətlər qurub

Qarabağ FK
Bu gün, 19:00

"Neftçi" gərgin oyunla Rəşad Sadıqovun komandasını yenib

Futbol
Bu gün, 18:56

«Mançester Yunayted» Brunu Fernandeşin müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 18:56

"Bavariya"nın Musiala zədəsi sevincini qısaca kəsdi

Futbol
Bu gün, 18:55

"Bavyeriyada Camal Musialanın zədəsi"

Futbol
Bu gün, 18:50

Camal Musiala 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq

Futbol
Bu gün, 18:46

"Səbail" "Şimal"ı 5:2 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 18:43

Niko Pas "Real Madrid"ə qayıtmaq istəmir, "Mançester Yunayted" maraqlıdır

Futbol
Bu gün, 18:30

UEFA İğtişaşları Araşdırmağa Başladı

Futbol
Bu gün, 18:29

"Atletiko"-nun hücumçusu Aleksander Sørloth zədə səbəbindən azı iki həftə meydandan uzaq qalacaq

Futbol
Bu gün, 18:29

Nurlan Novruzov: "Məni Bülent Korkmaz kəşf edib" – uşaq futbolda məşqçilik karyerasına başlaydı

Futbol
Bu gün, 18:27

Şəfa 3‑1 qolla "İmişli"ni məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 18:25

Xankəndi Zaqatala üzərində 0:2 qalib gəldi – VİDEO

Oxşar xəbərlər