top
Neftçi gərgin oyunla Rəşad Sadıqovun komandasını yenib Sportinfo.az
Bu gün, 19:00
- ↺ +

"Neftçi" gərgin oyunla Rəşad Sadıqovun komandasını yenib

"Neftçi" birinci dövrədə iddialı klubların heç birini məğlub edə bilməmişdi.

"Zirə"yə uduzan "ağ-qaralar", "Turan Tovuz", "Sabah" və "Qarabağ"la heç-heçə etmişdi.

Vernidub üçün ən böyük mənfi məhz bu oyunlarda qələbə qazana bilməməsi idi.

Üstünlük isə yalnız autsayderlərlə və orta səviyyəli komandalarla görüşlərdə xal itirməməsi idi.

Artıq ikinci dövrə başlayıb. İddialılarla ilk sınaq məhz bu tura təsadüf edəcək.

Vernidubun komandası yenidən "Zirə" ilə üz-üzə gələcək. Mövsümdə ilk məğlubiyyətini aldığı komanda ilə qarşılaşma həm də bir növ qisas imkanıdır.

Bu oyun üzərindən "Neftçi" ətrafında müzakirələr daha da artacaq.

Maraqlıdır, Vernidub bu dəfə azərbaycanlı həmkarını məğlub edə biləcəkmi?

Ümumiyyətlə, "Neftçi" bu görüşdə qələbə qazanmaqla bir çox suallara cavab tapmış ola bilər.

Həm ilk oyundakı məğlubiyyətin təsadüf olduğunu göstərməli, həm də iddialılarla oyunlarda qələbə qazana bilməmək mifini qırmalıdır.

Yəni bu baxımdan "Zirə" matçı "Neftçi" üçün olduqca önəmlidir.

Həm də iddialılar üzərində qələbə qazanmaq yolunda atılan ilk ciddi addım rolunu oynamalıdır.

Bu oyunun nəticəsi "Neftçi"nin ikinci dövrədəki iddialarına da müəyyən mənada işıq salacaq.

Çünki böyük hədəflərdən danışmaq üçün birbaşa rəqiblərlə duellərdə öz sözünü deməlisən.

Vernidubun komandası "Zirə" səddini keçməklə həm özünəinam qazanacaq, həm də çempionluq mübarizəsində ciddi rəqib ola biləcəyini göstərmək imkanı əldə edəcək.

Əks halda, birinci dövrədə yaranan suallar "Neftçi"nin ətrafında dolaşmağa davam edəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:11

"Barselona" 2027-ci ildə Holandın transferini nəzərdən keçirir – agenti Laporta ilə yaxşı münasibətlər qurub

Futbol
Bu gün, 18:56

«Mançester Yunayted» Brunu Fernandeşin müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 18:56

"Bavariya"nın Musiala zədəsi sevincini qısaca kəsdi

Futbol
Bu gün, 18:55

"Bavyeriyada Camal Musialanın zədəsi"

Futbol
Bu gün, 18:50

Camal Musiala 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq

Futbol
Bu gün, 18:43

Niko Pas "Real Madrid"ə qayıtmaq istəmir, "Mançester Yunayted" maraqlıdır

Futbol
Bu gün, 18:29

"Atletiko"-nun hücumçusu Aleksander Sørloth zədə səbəbindən azı iki həftə meydandan uzaq qalacaq

Futbol
Bu gün, 18:29

Nurlan Novruzov: "Məni Bülent Korkmaz kəşf edib" – uşaq futbolda məşqçilik karyerasına başlaydı

Futbol
Bu gün, 18:27

Şəfa 3‑1 qolla "İmişli"ni məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 18:25

Xankəndi Zaqatala üzərində 0:2 qalib gəldi – VİDEO

Futbol
Bu gün, 18:21

«Bruno Fernandes Brentford qarşılaşmasından öncə məşqdə iştirak etməyib»

Futbol
Bu gün, 18:20

Barkonun Oyuna Çatmasının Nə Dəlikdə Taktiki Qərar Olduğunu Açıq Etdi

Futbol
Bu gün, 18:13

"Roma"nın braziliyalı müdafiəçisi Uesli həmyerlisi Endrikin kluba gəlməsini təklib edib

Futbol
Bu gün, 18:00

"Xankəndi" I Liqada 9-cu turda "Zaqatala"yı 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 17:55

Neftçi və Zirə 13-cü turda qarşı-qarşıya: start heyətləri açıqlandı

Güləş
Bu gün, 17:54

«Vergi Borcları ilə Qarşılaşan Güləş Məşqçisinin Azərbaycandan Çıxışına Müvəqqəti Qadağa»

Futbol
Bu gün, 17:51

"Arsenal" xal fərqini artırmaq şansı var, "Mançester Yunayted" isə elitada qalma uğrunda mübarizə aparmalıdır — Premyer Liqa 12-ci tur icmal

Futbol
Bu gün, 17:50

"Neftçi – Zirə qarşılaşmasının heyətləri açıqlanıb"

Boks
Bu gün, 17:45

Həyat yoldaşının açıqlamasından sonra BBBofC Fyurini döyüşdən əvvəl tibbi müayinəyə göndərdi

Futbol
Bu gün, 17:43

Hakim qapıçıya yumruq vurdu – VİDEO

Futbol
Bu gün, 17:40

PSJ "Real"ın Betis idmançısı Abde Ezzalzouliyə maraqlanır

Futbol
Bu gün, 17:36

UEFA «Beşiktaş» – «Hapoel» matçında iğtişaşları araşdırmaq üçün müfəttişlər təyin edib

Futbol
Bu gün, 17:34

Zaur Həşimov "İmişli" üzərindəki qələbəyə hava və su kimi ehtiyacımız vardı

Oxşar xəbərlər