İngiltərənin "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçisi Pol Poqba komandanın yenidən zirvəyə qayıtması üçün "Arsenal"ın təcrübəsindən yararlanmalı olduğunu düşünür.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu yeni baş məşqçi Maurisio Poçettinoya dəstəyini ifadə edərək klubdakı problemlərin həlli üçün səbir və birliyin vacibliyini vurğulayıb.
"Mən bu komandada olmuşam. Kluba vaxt lazımdır, daxili problemləri həll etmək gərəkdir. Hamı eyni mövqedən çıxış etməli və məşqçiyə öz işini görmək üçün vaxt verməlidir", – deyə Poqba bildirib.
Yarımmüdafiəçi Mikel Artetanın "Arsenal"dakı ilk illərində yaşadığı çətinlikləri xatırladaraq Poçettinodan da dərhal uğur tələb edilməsinin düzgün olmadığını qeyd edib.
"Artıq bu komanda haqqında keçmişdəki səviyyəsində imiş kimi danışmaqdan əl çəkməliyik. Ona hörmət göstərmək, yenidən inkişaf etməsinə və zirvəyə qayıtmasına imkan vermək lazımdır", – deyə Poqba əlavə edib.