top
U-23 Avropa Çempionatı: İki güləşçimiz 1/4 finalda, Ruzanna Məmmədova qızıl medal uğrunda mübarizə aparacaq - YENİLƏNİR Idman.biz
13 mart 2026, 15:37
- ↺ +

U-23 Avropa Çempionatı: İki güləşçimiz 1/4 finalda, Ruzanna Məmmədova qızıl medal uğrunda mübarizə aparacaq - YENİLƏNİR

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlkin Qurbanov türkiyəli Enes Ülküyə 6:4 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. 55 kq-da mübarizə aparan Fərid Sadıxlı isə çexiyalı Filip Bartoşik üzərində tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

Bundan əlavə ölkəmizi təmsil edən 77 kq-da Rəvan Nuriyev təsnifat mərhələsində belaruslu Kirıl Valevskiyə 1:4 hesabıyla məğlub olub. 87 kq çəki dərəcəsində Səid Axundzadə 1/8 finalda rumıniyalı Patrik İulian Qordana 5:9 hesabıyla uduzub. 130 kq-da isə Ayxan Mərdanov təsnifat mərhələsində yunanıstanlı Axiles Xrisidisə 0:3 hesabıyla məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

09:36

Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Təsnifat mərhələsində Fərid Sadıqlı (55 kq) çexiyalı Filip Bartoşik, İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkü, Rəvan Nuriyev (77 kq) belaruslu Kiril Valevski, Ayxan Mərdanov (130 kq) isə yunanıstanlı Axilles Xrisidislə üz-üzə gələcək. Səid Axundzadə (87 kq) isə 1/8 finalda rumıniyalı Patrik Yulian Qordanla mübarizə aparacaq.

Qadın güləşçilərindən Ruzanna Məmmədova (62 kq) qızıl medal uğrunda görüşə çıxacaq. O, həlledici qarşılaşmada rusiyalı Amina Tandelova ilə üz-üzə gələcək.

Nərgiz Səmədova (53 kq) bürünc medal uğrunda görüşdə türkiyəli idmançı Şevval Çayır ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yarışda indiyə qədər ümumilikdə 10 medal qazanıb. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) və Gültəkin Şirinova (55 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Digər
Bu gün, 03:09

Fiqu: “Mourinyo “Barselona” üçün yaxşı baş məşqçi olardı”

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər