top
Məhəmməd Bəna: “Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir” Idman.biz
23 yanvar 2026, 19:10
- ↺ +

Məhəmməd Bəna: “Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir”

Yunan-Roma güləşi üzrə milli komandanın Göygöl toplanışı davam edir.

İdman.Biz xəbər verir ki, yanvarın 14-də startı verilən hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir.

Baş məşqçi Məhəmməd Bəna toplanışın gedişi, qarşıdakı yarışlar və planlarla bağlı açıqlama verib.

"Biz toplanışlarımıza başladıq. İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir və bu aralıqda müxtəlif yarışlar var.

Albaniyadakı reytinq turniri, U23 Avropa çempionatı və nəhayət, aprelin 20-də başlayacaq böyüklər arası Avropa çempionatı. Bu müddət ərzində 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Ondan sonra da müxtəlif yarışlar və toplanışlar davam edəcək. Allahın köməkliyi ilə dünya çempionatına qədər ən yüksək formaya çatarıq.

İndi işin başlanğıcıdır və bu, daha çox məşqçilər heyəti ilə güləşçilərin bir-birini tanıması üçündür. Nəticə etibarilə məşq prosesimiz hazırlıq səviyyəsinin günbəgün artmasına yönəlib ki, inşallah, müxtəlif yarışlara tam hazır olaq.
Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir. Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Mən uzun illərdir Azərbaycan güləşini tanıyıram. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir.

Fiziki və texniki hazırlıq yaxşıdır, amma bəzi incə detallar var. Psixoloji hazırlığı da əlavə etsək, bu 3 hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi müxtəlif yarışlarda uğur qazansınlar.

İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. İnşallah, orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Daha sonra il ərzində digər yarışlarda iştirak edəcəyik.

Bu il üçün hədəflərimizi iki mərhələyə bölmüşük. Hazırda tanışlıq və hazırlıqdan başlayırıq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. İnşallah, dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq", - baş məşqçi deyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər