Nəhayət, futzal üzrə Yüksək Liqada 2026/2027-ci il mövsümünə start verilib.
"Olimpik Star" idman kompleksində təşkil olunan 10 qarşılaşmada ümumilikdə 133 qol vurulub.
"Şuşa MFC" "Marafon İK"nı 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Turun ən böyükhesablı qələbəsini "Neftçi İK" qazanıb. Komanda "Rəvan FK" üzərində 12:1 hesablı qələbə əldə edib.
Ötən mövsümün bürünc medalçısı olan "Baku Fire" isə "AtiDel Ordubad PFK"ya 7:3 hesabıyla üstələyib. Paytaxt təmsilçisinin baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında bildirib ki, bu sezon gənclərə üstünlük verəcəklər: "Heyətin əksər üzvləri cavanlardır. Cəmi iki oyunçumuzun 24 yaşı var. Digərləri 16-20 yaşarası futzalçılardır. Hər il olduğu kimi, bu dəfə də bizim Birinci Liqadakı komandamızdan oyunçuları bura cəlb eləmişik. Bu gənclərə ümüdüm çox böyükdür, Əminəm ki, onlar ümüdlərimizi doğruldacaqlar. Komandamız demək olar tam yenilənib. "Baku Fire"ın uzunmüddətli planının təməlini qoymuşuq. Gənclərin öz ustalıqlarını artırması üçün hər bir şəraiti var, onlar da bundan maksimum yararlanmalıdır. AFFA-nın Futzal Departament fərli və çox maraqlı reqlament tətbiq edəcək. Düşünürəm ki, bu yenilik istər 19 yaşlırdan ibarət, istərsə də əsas milliyə müsbət təsir edəcək. Legioner limitində edilən dəyişiklik də yerli oyunçularımız üçün yaxşı haldır. Yerli futzalçılara ehtiyac daha çox olacaq. Meydanda oyun vaxtları çox olacaq".