Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunun muzeyinin Çinin Şanxay şəhərində filialı açılıb.
Təxminən 3 min kvadratmetr ərazini əhatə edən muzeydə portuqaliyalı futbolçunun karyerasını əks etdirən eksponatlar nümayiş olunur. Sərgidə Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top", Avropa çempionluğu kuboku, formaları və butsları yer alıb. Muzeyin girişində 41 yaşlı futbolçunun 7 metrlik heykəli ucaldılıb.
Təşkilatçıların sözlərinə görə, bu, dünyada futbolçunun tam boyda hazırlanmış ən hündür heykəlidir.