top
Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir Idman.biz
23 oktyabr 2026, 11:59
- ↺ +

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Ermənistanın "Sportaran" idman nəşri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanovu (77 kq) oktyabrın 24-də Astanada start götürəcək dünya çempionatında Malxas Amoyanın əsas rəqiblərindən biri kimi göstərib.

İdman.Biz xəbər verir ki, hazırkı dünya çempionunun əsas rəqiblərinə həsr olunan yazıda Süleymanov Ermənistan təmsilçisi üçün ən çətin rəqiblərdən biri kimi xarakterizə olunub.

"Erməni güləşçinin ən prinsipial rəqiblərindən biri Sənan Süleymanov olaraq qalır. Azərbaycanlı idmançı 2023-cü il dünya çempionatının gümüş medalçısıdır, Parisdə keçirilən Olimpiya Oyunlarında isə beşinci yeri tutub. Xüsusilə diqqətçəkən məqam Süleymanovun Amoyanla şəxsi görüşlərdə üstünlüyə malik olmasıdır: Azərbaycan təmsilçisi iki dəfə qalib gəlib, Ermənistan idmançısı isə bir qələbə qazanıb", - deyə nəşr yazıb.

Məqalə müəllifləri Süleymanovun 77 kq çəki dərəcəsində böyük təcrübəyə malik olduğunu, Amoyanın güləş üslubunu yaxşı tanıdığını və dünya çempionatında yenidən medal uğrunda mübarizə apara biləcəyini də vurğulayıblar. Azərbaycanlı güləşçi Astanadakı yarışda beşinci nömrə altında səpələnib.

Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) rəsmi məlumat bazasında Süleymanovla Amoyan arasında üç qarşılaşma qeydə alınıb. Onlar ilk dəfə 2016-cı ildə Buxarestdə keçirilən yeniyetmələr arasında Avropa çempionatında üz-üzə gəliblər. Həmin görüşdə Azərbaycan təmsilçisi 1/8 final mərhələsində 9:6 hesabı ilə qalib gəlib.

Altı il sonra, 2022-ci il aprelin 1-də Budapeştdə keçirilən böyüklər arasında Avropa çempionatının 1/4 finalında Amoyan revanş alıb – 6:5.

Güləşçilərin sonuncu qarşılaşması 2023-cü il sentyabrın 21-də Belqradda keçirilən dünya çempionatının yarımfinalında baş tutub. Süleymanov həmin görüşdə 5:0 hesabı ilə inamlı qələbə qazanaraq finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:31

“Barselona”da qalmaqal: futbolçunu iki oyunluq cəza gözləyir

Futbol
Bu gün, 01:15

İraola “Mançester Yunayted”lə oyundan sonra: “Daha çox qol vura bilərdik”

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Voleybol
Dünən, 23:26

Milli Estoniyada qələbə qazandı

Digər
Dünən, 23:25

Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı

Futbol
Dünən, 23:10

“Milan” “Real Madrid”in hücumçusunu istəyir

Futbol
Dünən, 23:10

Milan 5-1 məğlub etdi Fiorentina

Futbol
Dünən, 23:10

Qattuzo: “Futbolçularımızın mentaliteti və yüksək temp”

Oxşar xəbərlər