top
Nərgiz Süleymanova Dünya Çempionatında qısa proqramını təqdim edib: İlk çıxış və nəticələr Idman.biz
25 mart 2026, 15:06
- +

Nərgiz Süleymanova Dünya Çempionatında qısa proqramını təqdim edib: İlk çıxış və nəticələr

Azərbaycanlı konkisürən Nərgiz Süleymanova dünya çempionatında tək çıxış üzrə qısa proqramını təqdim edib.

İdman.Biz xəbər verir ki, Süleymanova yarışda ikinci olaraq çıxış edib və 49,00 xal toplayıb.

Hazırda o, sonuncu pillədə qərarlaşsa da, qarşıda hələ 31 idmançının çıxışı var. Sərbəst proqrama vəsiqə qazanmaq üçün o, ilk 24-lükdə yer almalıdır.

Qeyd edək ki, ötən il keçirilən dünya çempionatında azərbaycanlı fiqurlu konkisürən qısa proqramda 50,97 xal toplayaraq 25-ci yeri tutmuşdu.

14:31

Bu gün martın 25-də fiqurlu konkisürmə üzrə dünya çempionatı start götürür.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda dörd idmançı ilə təmsil olunur: tək çıxışlarda Nərgiz Süleymanova və Vladimir Litvintsev, həmçinin buzüstü rəqslərdə Samanta Ritter və Daniyel Brikalov.

Yarışın ilk günündə qadınlar və idman cütlükləri qısa proqramlarını təqdim edəcəklər. Süleymanova buz üzərinə ikinci olaraq çıxacaq. Onun qısa proqramı "Shallow" mahnısının sədaları altında hazırlanıb. Fiqurlu konkisürən proqramında üçlü luts və üçlü tulup kaskadı, üçlü lup və ikiqat aksel yerinə yetirməyi planlaşdırır. Onun karyerasında qısa proqram üzrə ən yaxşı nəticəsi 2025/2026 mövsümündə "ISU CS Golden Spin of Zagreb" turnirində qeydə alınıb - 56,07 xal.

Sərbəst proqrama (27 mart) vəsiqə qazanmaq üçün Nərgiz qısa proqramın nəticələrinə əsasən ilk 24-lüyə düşməlidir. Ümumilikdə qadınların yarışında 33 idmançı iştirak edir.

Bu, Süleymanova üçün ikinci dünya çempionatıdır. O, ötən mövsüm (2024/2025) sərbəst proqrama yüksələ bilməyib. Azərbaycanlı idmançı litvalı rəqibi Mede Varyakayteyə cəmi 0,01 xal fərqlə uduzaraq 50,97 xalla 25-ci yeri tutub və növbəti mərhələdən kənarda qalıb. Həmin nəticə onun 2026-cı il Qış Olimpiya Oyunlarına vəsiqədən bir addım geri qalması ilə nəticələnib.

Qeyd edək ki, martın 26-da qısa proqramda Vladimir Litvintsev çıxış edəcək. Martın 27-də isə Samanta Ritter və Daniyel Brikalov ritmik rəqs proqramı ilə buz üzərinə çıxacaqlar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:08

Bruno Fernandeşin möhtəşəm statistikası - 36 oyunda 25 məhsuldar ötürmə

Futbol
Bu gün, 13:53

„Xankəndi“ baş məşqçisi ilə müqaviləni uzatmağa hazırlaşır

Futbol
Bu gün, 13:40

Atletiko "İnter"ə qarşı "Udineze"nin futbolçusu üçün rəqib oldu

Güləş
Bu gün, 13:38

Məktəblilərin Respublika İdman Olimpiadasında güləş yarışları başa çatıb

Futbol
Bu gün, 13:20

Niko Pasın gələcəyi bu gün müəyyənləşəcək

Futbol
Bu gün, 13:08

„Qəbələ“ FK Seydina Keyta ilə müqaviləni uzadıb

Futbol
Bu gün, 13:08

Lionel Messi 2030-cu il Dünya Çempionatında iştirak ehtimalını istisna etmir

Futbol
Bu gün, 12:53

Kəpəz” futbolçusu ilə yollarını ayıra bilər

Güləş
Bu gün, 12:40

Azərbaycanda çimərlik güləşi üzrə ölkə çempionatı keçiriləcək

Futbol
Bu gün, 12:22

Neymar mundialdakı debütündən sonra: “Paltardəyişmə otağında ağlayırdım”

Futbol
Bu gün, 12:20

Qətər futbolçusu 5 oyunluq diskvalifikasiya olunub

Digər
Bu gün, 12:08

"Xankəndi" FK baş məşqçisi ilə müqaviləni uzatmağa hazırlaşır

Minifutbol
Bu gün, 11:40

Yarımmüdafiəçi Rövlan Muradov “Araz-Naxçıvan”la anlaşdı

Minifutbol
Bu gün, 11:38

Heydər Əliyev Kuboku uğrunda futzal turnirinin finalçıları məlum olub

Futbol
Bu gün, 11:08

“Araz-Naxçıvan”da yeni transfer

Digər
Bu gün, 11:00

Xankəndi" Zaur Hacıyev ilə mүqaviləsini uzatmağa hazırlaşır

Futbol
Bu gün, 10:53

Azərbaycan millisinin sabiq qapıçısı “Səbail”ə transfer olub

Futbol
Bu gün, 10:40

Mançester Siti Malo Qustonu 50 milyon avroya almaq istəyir

Futbol
Bu gün, 09:40

Trevor Chalobahın yeni klubu

Futbol
Bu gün, 09:20

DÇ-2026: Pley-offa yüksələn 13 komanda bəlumdur

Futbol
Bu gün, 09:08

“Milan” Kristian Pulişiçini “Nyu-York Siti”yə satmaqdan imtina edib

Futbol
Bu gün, 08:45

Azərbaycan FİFA U-15 Dünya Kubokuna ev sahibliyi edəcək

Futbol
Bu gün, 08:00

DÇ-2026: İşçi qrup İranın ittihamlarını rədd edib

Futbol
Bu gün, 07:33

DÇ-2026: Pley-offun ilk cütlüyü məlum oldu

Oxşar xəbərlər